Sağlam Ailə tibb mərkəzi Təchizat və logistika üzrə mütəxəssis vakansiyası elan edir:
Vakant vəzifə haqqında:
- Müəssisədaxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirir;
- Müəssisənin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlayır;
- Tender, kotirovka, təkliflər sorğularını Azərbaycan Respublikasının qanunlarına əsasən həyata keçirir;
- Alınan malların (məhsulların) standartlara uyğunluğuna nəzarət edir;
- Malların hərəkəti və daşınması müddətlərinə nəzarət edir;
- Transport-texnoloji prossesində sənəd dövriyyəsini təmin edir;
- Gömrük rəsmiləşməsinin təşkili (sənəd, fayl, informasiya təminatı) və idxal icazəsinin alınması;
- Aşağıda qeyd olunan təyinatlar üzrə məhsulların ölkəxarici bazar təchizatçıları və yerli distribütör şirkətlərdən təchizatını həyata keçirir:
- Laboratoriya diaqnostik reagentləri;
- Laboratoriya təyinatlı sərf materialları;
- Tibbi və laboratoriya təyinatlı diaqnostik cihazlar, onların ehtiyat hissələri və illik baxımları.
- Reaktivlərin alınarkən istifadə üçün nəzərdə tutulmuş müddətdən artıq olmasını təmin və nəzarət edir;
- Yerli və xarici Satınalma işinin keyfiyyətli və etibarlı şəkildə təşkil edir;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsini həyata keçirir;
- Anbara daxil olan sifarişlərin təqdim edilən qaimələrə uyğun olaraq proqrama daxil edilməsi (bütün növ mallar, avadanlıqlar) və qaimələrin imzalanmasını təşkil edir;
- Mal-material üzrə aylıq kreditor ödənişlərin həyata keçirilməsi üçün təsdiqlənmiş borc qaimələri üzrə ödəniş siyahılarını tərtib edir;
- Təlimata əsasən tədarükçülərin qiymətləndirilməsini həyata keçirir və təsdiqlənmiş tədarükçüləri siyahıya alır;
- Şöbənin rüblük, yarımillik və illik hesabatlarının hazırlanmasında iştirak edir;
Namizədə olan tələblər:
- Ali təhsil
- Aidiyyəti sahədə 2 ildən artıq iş təcrübəsi;
- Azərbaycan dili - əla, ingilis dili - yaxşı; rus dili – yaxşı;
- MS Office proqramlarından istifadə etmək bacarığı;
- Punktual, aktiv, çevik və məsuliyyətli olmalı.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Təchizat və logistika üzrə mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.