Simptomlar

Ürəkbulanma qusma və ürək bulanmanın səbəbləri

Ürəkbulanma mədədə narahatçılıq hissi və qusma istəyini göstərən bir simptomdur. Ürəkbulanma bir çox səbəbdən ola bilər. Ən çox rast gəlinən səbəblərə bəzi qidalara həssas olmaq, dərmanlar, qastroezofaqal reflüks, infeksiya,  xora, ağrı aiddir. Həmçinin sürətli hərəkət,  nəqliyyat vasitələrində hərəkət də ürəkbulanmaya səbəb ola bilər.

Ürəkbulanma həm də aşağıda sadalanan ciddi xəstəliklərin əlaməti ola bilər:

  • Xoşxassəli paroksizmal pozisional vertiqo
  • Qulaq infeksiyası
  • Miokard infarktı
  • Bağırsaq keçməzliyi
  • Qaraciyər çatışmazlığı və ya qaraciyər xərçəngi
  • Meningit
  • Miqren ağrıları

Qusmanın qarşısını almaq və müalicəsi

Ürəkbulanmanın və qusmanın müalicəsi onu törədən səbəbdən asılıdr. Ümumi olaraq tövsiyə olunur:

  • Yavaş olaraq böyük miqdrada təmiz su içmək
  • Qusma tam keçənə qədər bərk qida qəbul etməmək
  • Əgər qusma və diarreya (ishal) 24 saatdan çox davam edərsə dehidratasiyanın qarşısını almaq üçün Pedialit kimi maddələrin qəbul edilməsi
  • Xərçəng müalicəsi nəticəsində yaranan qusmanın müalicəsi digər dərmanlarla aparılır
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi