Sağlam Ailə tibb mərkəzi Tibbi nümayəndə vakansiyası elan edir:
Vakant vəzifə haqqında:
• Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, potensial müştərilərin müəyyənləşdirilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
• Danışıqların aparılması və yeni əməkdaşlıq müqavilələrinin bağlanması;
• Müştərilərin tələblərini nəzərə alaraq onlara köməklik göstərmək və onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək;
• Müştərilərlə görüşlər keçirmək, təqdimat və təkliflər hazırlamaq;
• Satış aksiyaları və kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq
Namizədə olan tələblər:
• Ali təhsili olan (tibbi təhsili olanlara üstünlük verilir);
• Xanım və bəy namizədlər
• Dil bilikləri olan (Rus dilində danışıq bacarığı, İngilis dili arzu olunan);
• Satış sahəsində ən az 2 il iş təcrübəsi olan (tibbi avadanlıq, tibbi material, tibbi xidmətlər. və s.);
• MS Office proqramlarını bilən;
• Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı olan;
• Karyerasını satış sahəsində qurmaq istəyi olan;
• Biznes etikası və biznes görünüşə sahib olan;
• Müştərilərlə sıx və yüksək səviyyəli münasibət qura bilən;
• Analitik düşünmə qabliyyəti olan;
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı olan;
• Ünsiyyət tərzi ilə müştəriləri cəlb etmə və inandırmaq bacarığı olan;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi olan;
İş şəraiti:
- İş günü: 5 gün;
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı müsahibə əsnasında müzakirə ediləcək;
- Əməkdaşlar və ailə üzvləri üçün endirimli tibbi xidmətlər;
Müraciət:
Müraciət etmək üçün vakansiyanın tələblərinə uyğun olan namizədlərin hr@saglamaile.az e-mail ünvanına “Tibbi nümayəndə” qeyd etməklə CV göndərməsi zəruridir.