Sidik turşusu nukleotidlərin tərkibində olan purin əsaslarının son metabolizm məhsuludur. Sidik turşusu vasitəsilə orqanizmdən artıq azot xaric edilir. Qan plazmasında sidik turşusu natrium duzu şəklində rast gəlinir.
Sağlam insanlarda sidik turşusu səviyyəsi purinlə zəngin qidalar qəbul etdikdə artır, əksinə pəhrizdən həmin qidaları çıxartdıqda azalır. Purinlə zəngin qidalara aiddir: qırmızı ət, qaraciyər, böyrəklər, beyin, dil və lobyakimilər.
Podaqra zamanı müşahidə edilən purin mübadilə pozğunluğu qanda sidik turşusunun miqdarının artmasına səbəb olur, bu isə öz növbəsində orqan və toxumaları zədələyir. Hiperurikemiya və sidiklə yüksək miqdarda sidik turşusunun ifrazı böyrəkdaşı, ateroskleroz, ürəyin işemik xəstəliyi və digər patoloji vəziyyətlərlə assosiasiya olunur.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
- Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
- Müayinə öncəsi standart pəhriz saxlanması (normadan artıq zülal və purin qəbulunun olmaması) lazımdır.
- Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
- Podaqra
- Böyrəkdaşı xəstəliyi
- Böyrəklərin funksiyasının qiymətləndirilməsi
- Limfoproliferativ xəstəliklər
Sidik turşusu səviyyəsinin yüksəlməsi (hiperurikemiya)
- Podaqra
- Leykoz, limfoma, mielom xəstəliyi
- Hamiləlik toksikozu
- Uzunmüddətli aclıq
- Alkoqool qəbulu
- Salisilat, diuretik, sitostatik qəbulu
- Idiopatik ailəvi hipourikemiya
- Onkoloji xəstəliklər zamanı katabolik proseslərin artması
- B12 defisitli anemiya
- Fizioloji yüksəlməsi (yüksək fiziki iş sonrası, purinlərlə zəngin qida qəbulu)
Sidik turşusu səviyyəsinin azalması (hipourikemiya)
- Vilson xəstəliyi
- Fankoni sindromu
- Ksantinuriya
- Hodkins xəstəliyi
- Böyrəklərin proksimal kanallarının defekti
- Azpurinli pəhriz
- Allopurinol, rentgen kontrast maddələrin, qlükokortikoidlərin, azatioprin qəbulu