ALT hüceyrədaxili fermentdir, aminturşu mübadiləsində iştirak edir. Qaraciyərin, ürəyin və eninəzolaqlı əzələlərin zədələnməsinin diaqnostikasında istifadə olunur. Qaraciyər xəstəlikləri üçün daha spesifik markerdir.
Ən yüksək ALT aktivliyi qaraciyər və böyrəklərdə qeyd olunur. Normalda qan plazmasında çox az miqdarda rast gəlinir. Lakin tərkibində ALT yüksək olan toxumaların zədələnməsi zamanı qanda miqdarı xeyli yüksəlir. Virus hepatitləri zamanı ALT səviyyəsinin yüksəlməsi xəstəliyin ağırlığına uyğun olur. ALT səviyyəsində kəskin yüksəliş toksik hepatitlər zamanı da müşahidə olunur. Alkoqol hepatitlrəində nisbətən az yüksəlir. ALT və AST-nin 5-10 dəfə yüksəlməsi birincili və ya metastazlı qaraciyər karsinoması zamanı müşahidə olunur.
Miokard infarktı zamanı ALT qanda AST-yə nisbətən daha az artır, çünki AST-nin kardiomisositlərdə aktivliyi daha yüksəkdir.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Analiz 8-14 saat gecə aclığından sonra verilməlidir.
- Yüngül qida qəbulundan 4 saat sonra müayinənin aparılması mümkündür.
- Müayinə öncəsi yüksək psixoemosional vəziyyət və fiziki aktivlik istisna olunmalıdır.
- Qaraciyər xəstəliklərinin diaqnostikası
- Virus hepatitlərinin risk qrupu
- Müxtəlif etiologiyalı hepatitli pasiyentlərin monitorinqi
- Donorların müayinəsi
- Eninəzolaqlı əzələrinin patologiyaları
- Dərman preparatlarının qəbulunun kontrolu
ALT səviyyəsinin artması: ALT səviyyəsinin azalması:
-Qaraciyər nekrozu(virus hepatitləri,qaraciyərin toksik maddələrlə zədələnməsi) -Şok -Ürək çatışmazlığı -Xolestatik və mexaniki sarılıq -Qaraciyər xərçəngi ( ilkin və metastatik) -Qaraciyər serozu -Skelet əzələsinin nekrozu və zədələnməsi -Miokard infarktı -Miokardit -Miozit -Miopatiya -Piy hepatozu -Xroniki alkoqolizm -Xroniki pankreatit -Ağır yanıqlar -Birinci karnitin çatışmazlığı -Hepatotoksik preparatların qəbulu | -Qaraciyər zədələnməsi(geniş nekroz,seroz) -Vitamin B6 əksikliyi
|