Amilaza həzmdə iştirak edən fermentlərdən biridir. Tüpürcək vəziləri və mədəaltı vəzi tərəfindən sintez olunur. Lipaza yağları, proteaza zülları, amilaza isə karbohidratları parçalayır. Tərkibində amilaza olan pankreatik şirə 12barmaq bağırsağa açılır, məhz burada sadalanan fermentlər həzmdə iştirak edirlər.
Normada çox az bir miqdar amilaza qanda dövr edir və sidikdə aşkarlanır. Əgər mədəaltı vəzi zədələnərsə (məsələn pankreatit zamanı) və ya mədəaltı vəzi axacağı tutularsa onda qanda və sidikdə amilazanın miqdarı yüksəlir.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Analizdən 12 saat öncə qida qəblu dayandırılmalıdır.
- Fiziki və emosional gərginlik istisna olunmalıdır.
- Pasiyentdə mədəaltı vəzi patologiyalarının əlaməti olduqda
- Qarın və ya kürəkdə intensiv ağrı (kəmərləyici ağrı)
- Temperaturun yüksəlməsi
- İştahanın itməsi
- Qusma
- Mədəaltı vəzi xəstəliklərinin müalicəsi zamanı effektliliyin qiymətləndirilməsi
Yüksək nəticə
- Kəskin pankreatit
- Xroniki pankreatit
- Mədəaltı vəzin travması
- Mədəaltı vəzin xərçəngi
- Pankreatik axacağın tutulması
- Mədə xorasının deşilməsi
- Diabetik ketoasidoz
- Parotit
- Kəskin xolesistit
- Bağırsaq keçməzliyi
- Aorta anevrizmasının cırılması
- Makroamilazemiya
Aşağı nəticə
- Mədəaltı vəzi funksiyasının azalması
- Ağır hepatit
- Kistik fibroz
- Mədəaltı vəzinin çıxarılması