LDH (laktatdehidrogenaza) qlükolitik fermentdir, qlükoza çevrilməsinin son mərhələlərində iştirak edir (laktat və piruvatın qarşılıqlı çevrilməsinin katalizi).
Sink tərkibli fermentdir, əsasən sitoplazmada yerləşir praktiki bütün toxuma və orqanlarda rast gəlinir. Daha çox aktivlik böyrəklərdə, qaraciyərdə, ürəkdə, eninəzolaqlı əzələlərdə, mədəaltı vəzidə və qan hüceyrələrində müşahidə olunur. Eritrositlərdə LDH səviyyəsi serumdakından 100 dəfə yüksəkdir. Uşaqlarda LDH aktivliyi yetkin insanlara nisbətən daha yüksəkdir, yaş artdıqca LDH azalır.
LDH aktivliyi yoxlanılan metoddan asılıdır. LDH-ın fizioloji olaraq yüksəlməsi hamilələrdə, yenidoğulmuşlarda, fiziki gərginlikdən sonra müşahidə olunur.
LDH-ın yüksəlməsi infarktdan 12-24 saat sonra müşahidə olunur. Maksimal aktivlik 24-48 saata özünü göstərir. Yüksək LDH səviyyəsi 10 günə kimi saxlanılır. LDH aktivliyi miokardın zədələnmə ocağının sahəsindən asılıdır. Onun azalma dinamikası isə ürək əzələsində olan sağalma prosesinin intensivliyi ilə mütənasibdir.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Analiz 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
- Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
- Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
- Hepatobiliar sistemin xəstəlikləri
- Miokard infarktı (erkən dianqostika, differensial diaqnostika və monitorinq)
- Şişlər
- Hemolizlə müşahidə olunan anemiya
- Qaraciyərin patologiyası
- Miokard infarktı və ağciyər infarktı
- Bədxassəli şişlər
- Eninəzolaqlı əzələnin atrofiyası, travması
- Kəskin pankreatit
- Alkoqol və bəzi dərman preparatlarının qəbulu (kofein, anestetiklər, sefalosporinlər, sulfanilamidlər və s.)