Lipaza fermenti nazik bağırsaqda triqliseridlərin parçalanmasını həyata keçirir. Qadınlarda və kişilərdə qanda lipaza səviyyəsi fərqlənmir. Mədəaltı vəzin kəskin iltihabı zamanı qanda lipazanın miqdarı 4-8 saat ərzində yüksəlir, 24 saata maksimal göstəriciyə çatır, 14 gün sonra isə azalmağa başlayır.
Mədəaltı vəzin xəstəlikləri zamanı lipazanın müayinəsi amilaza nisbətən daha yüksək həssaslıq və spesifikliyə malikdir. Lipaza və amilazanın birlikdə təyin olunması mədəaltıvəzinin zədələnməsini 98% dəqiqliklə təyin etməyə imkan verir.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
- Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
- Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
- Kəskin pankreatit
- Mədənin perforativ xorası
- Xroniki pankreatit
- Kəskin xolesistit
- Nazik bağırsaq keçməzliyi
- Kəskin və xroniki böyrək çatışmazlığı
- Alkoqolizm
- Diabetik ketoasidoz
- Qaraciyərin sirrozu
- Orqan transplantasiyası
Lipaza miqdarının yüksəlməsi
- Kəskin pankreatit
- Mədəaltı vəzin şişləri
- Qaraciyərdaxili xolestaz
- Bağırsağın infarktı
- Mədəaltı vəzin kista/psevdokistası
- Peritonit
- Maddələr mübadiləsinin (xüsusən lipidlərin) pozulması ilə müşahidə olunan xəstəliklər
- Eyni zamanda mədəaltı vəzin zədələnməsi ilə keçən epidemik parotit
Lipaza miqdarının azalması
- Onkoloji xəstəliklər (mədəaltı vəzin karsinoması istisna olmaqla)
- Triqliseridlərin miqdarının yüksək olması