Qələvi fosfataza-(ALP)

14 Azn

Hüceyrə membranında yerləşən və həyati vacib fermena olan ALP müxtəlif faktorlara əsasən yüksələ və ya azala bilər. Qələvi fosfataza orqanizmin toxumalarında olan təbii zülaldır. Sağlam və yetişgin bir insanda ALP nin yarısı qaraciyərdən, digər yarısı isə sümükdən meydana gəlir. Orqanizmdəki zülalların parçalanmasına kömək edən qələvi fosfataza, adətən qaraciyər başda olmaqla , sümük, bağırsaq və böyrəklərdə ifraz olunur. Hamilə qadınlarda qələvi fosfataza plasentada ifraz olunur.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Analiz 8-14 saat gecə aclığından sonra verilməlidir.
  • Qaraciyər patologiyalarının yoxlanılması
  • Sümük xəstəlikləri
  • öd yolları tıxanıqlıqlarının yoxlanılması

ALP yüksəkliyi nə mənaya gəlir?
ALP sümük, bağırsaq və hamilə qadınlarda plasenta tərəfindən ifraz olunduğundan, ALP yüksəkliyi bu orqanların hər hansı birində problem ola biləcəyi mənasına gəlir.

Səbəbləri:

  • Siqaret və tütün istifadəsi
  • İnfarkt
  • Bağırsaq iltihabı
  • Ağır infeksiyalar
  • Sümük xərçəngi
  • Raxitlik
  • Sümük metastazı
  • Sümüklərin böyüməsi zamanı sümük osteoklastlarının aktivliyinin artması
  • Hamiləlik
  • Xolestaz , ödün çox az və ya heç ifraz olunmaması və ya öd kisəsi kanalının tıxanması
  • Hepatit
  • Müalicə olunmayan şəkər xəstəliyi
  • Antibiotik, antiepileptik, antidepressant, iltihabəleyhinə dərmanların həddindən artıq istifadəsi
  • Hipertiroid və paratiroid vəz aktivliyinin artması
  • Həzm sistemi iltihabları

 

ALP azalması nə mənaya gəlir?

ALP azlığı , yüksəkliyindən fərqli olaraq hər hansı problem mənasına gəlmir. Natamam diet və qida dəyəri az olan qidalarla qidalanma B6, fol turşusu, C vitamini, fosfor və sink çatışmazlığına səbəb olaraq qələvi fosfataza azlığına yol açır. Zərəri yoxdur.

Səbəbləri:

  • Qan azlığı
  • Tiroid hormonu çatışmazlığı
  • Fosfat miqdarının azlığı
  • B12, sink, maqnezium azlığı
  • Qidalanma pozuntuları
  • Çölyak xəstəliyi
  • D və B vitamininin qəbulunun çox olması
  • Estrogen müalicəsi