Tsiklik sitrullə olunmuş peptidə qarşı antitellər (Anti-CCP) revmatoid artritin markeridir. Revmatoid artrit geniş yayılmış autoimmun xəstəlikdir. Bu xəstəlik oynaqların zədələnməsi və deformasiyasına gətirib çıxarır, bəzi hallarda oynaqlardan kənar əlamətlərlə də müşahidə olunur. Erkən diaqnostika və uyğun müalicə xəstəliyin nəticəsinə çox təsir edir. Anti-CCP testinin kliniki spesifikliyi ( yalançı müsbət nəticələrin əsasında hesablanır) sağlam insanlarda 99,5%, bənzər xəstəlikləri (ankilozlaşdırıcı spondilit, autoimmun tireodit, Kron xəstəliyi, dermatomiozit, Laym xəstəliyi, osteoartrit, sklerodermiya, Şeqren xəstəliyi və s.) olan pasiyentlərdə 97,3%-dir. Analizin nəticəsini kliniki mənzərə, anamnez və intrumental müayinə nəticələri ilə birlikdə dəyərləndirmək lazımdır.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Yüngül qida qəbulundan 4 saat sonra analiz vermək olar.
- Revmatoid artritin erkən diaqnostikası
- Seroneqativ revmatoid artritlərin diaqnostikası
- Revmatoid artrit
- Bəzi hallarda birləşdirici toxumanın digər xəstəlikləri, xüsusən qırmızı qurdeşənəyi