CRZ (C-reaktiv zülal)

13 Azn

C reaktiv zülal - toxumaların iltihabı, nekrozu və travması zamanı istifadə olunan ən həssas və sürətli kəskin faza zülalıdır.  CRZ immun reaksiyanı stimulə edir,  T və B limfositlərlə qarşılıqlı əlaqədə olur, komplement sistemini aktivləşdirir.  Ən çox hepatositlərdə sintez olunur. Sağlam insanın qanında aşkarlanmır.

CRZ-nin qandakı miqdarı xəstəliyin aktivliyi və mərhəsindən çox asılıdır. Müxtəlif mənşəli  iltihabi proseslərdə, parazitar infeksiyalarda, travma və şişlərdə dəfələrlə yüksəlir. CRZ-ni tez-tez EÇS ilə müqayisə edirlər. Hər iki göstərici xəstəliyin başlanğıcında kəskin yüksəlir. 

Uğurlu müalicə zamanı CRZ bir-neçə gün ərzində azalır, 6-10 günə normallaşır, EÇS isə 2-4 həftəyə azalır.  CRZ səviyyəsinə hormonlar və hamiləlik təsir etmir,  xəstəliyin xroniki vəziyyətində azalır, kəskinləşdikdə yenidən artır.  Virus və spiroxet infeksiyalarında CRZ miqdarı çox az miqdarda artır, ona görə də yüksək səviyyəsi bakterial infeksiyaya işarə edir.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
  • Kollagenozlar
  • Kəskin infeksion xəstəliklər
  • Şişlər
  • Antibakterial müalicənin effektliyinə nəzarət
  • Xroniki xəstəliklərin (amiloidoz) müalicəsinin effektliyinə nəzarət
  • Ateroskleroz, diabet, xroniki hemodializdə olan pasiyentlərdə ürək-damar fəsadları riskinin təyini

    Qanda C-reaktiv zülalın artması

 

-Kəskin virus və bakterial mənşəli infeksiyalar

-Autoimmun xəstəliklər(revmatoid artrit, sistemli vaskulit,revmatik poliartrit,Bexterev xəstəliyi

-Xroniki iltihabi xəstəliklərin kəskinləşməsi(infeksion və autoimmun)

-Ocaqlı xəstəliklər(tonzillit)

-Toxumaların zədələnməsi(infarkt,insult, kəskin pankreatit,pankreonekroz)

-Kiçik çanağın iltihabi xəstəlikləri

-İnfeksion endokardit

-Bəd xassəli yenitörəmələr və metastazlar

-Miyelom xəstəliyi

-Vərəm

-Yanıqlar

-Sepsis-

-Peritonit

-Arterial hipertenziya, ateroskleroz, şəkərli diabet,artıq bədən kütləsi

-Hormonal fonun pozulması (estrogen və progesteronun artması)

-Mədə-bağırsaq yolların xəstəlikləri

-Transplantantın ayrılması

-İkincili amiloidoz

-Yenidoğulmuşların sepsisi

-Meningit

-Əməliyyat sonrakı fəsadlar

-Neytropeniya

-Estrogen və oral kontraseptivlərin qəbulu.

-Hamiləlik

-İntensiv fiziki iş

C-reaktiv zülal azalması:

  • Qeyri-steroid iltihab əleyhinə preparatların qəbulu(aspirin,ibuprofen)
  • kortikosteroidlərin, statinlərin,beta-blokatorların qəbulu