Triqliseridlər- qliserol spirtin və ali yağ turşuların efiridir.Əsas funksiya-energetik substrat.Endogen triqleseridlərin sintezi qara ciyərdə,piy toxumasında keçir.Nazik bağırsaqın epitelisində triqleseridlərin həzm olunmuş qida məhsullardan-monoqleserid və yağ turşullarından resintezi baş verir.Nazik bağırsaqdan triqleseridlər xırdadispers damcı şəklində-xilomikron(lipidlərin nəqliyyat forması) limfa ilə nəqliyyat olunurlar.Triqleseridlər qanda endotelinin lipoproteidlipaza fermenti təsiri altında parçalanır və bunun nəticəsində əmələ gələn yağ turşuları piy toxumasının hüceyrələrinə daxil olurlar,və triqleseridlərin tərkibində deponlaşırlar.Piy toxumasından başqa əzələ və digər toxumalarda enerji substratı kimi istifadə olunurlar.Piy toxumasında triqleseridlər qlükaqon ilə aktivləşən lipaza təsiri altında hidrolizə uğrayırlar,nəticədə əmələ gələn yağ turşularə qana daxil olurlar və müxtəlif toxumalar tərəfindən energetik substrat kimi istifadə olunurlar.Qara ciyərdə sintez olunan triqleseridlər və remnant(qalıq) triqleseridlər qanda ÇASL(çox aşağı sıxlıqlı lipoproteidlərin) tərkibində nəqliyyat olunur.Qanda triqleseridlərin səviyyəsi gün ərzində,qidanın qəbulundan asıllı olaraq dəyişir:qidanın qəbulundan sonra 30-60 dəqiqə sonra artır.Tərkibində xilomikron olması səbəbindən plazma bulanıq olur(xilyoz),və başlanğıc səviyyəyə 12 saat ərzində qayıdır.Plazmanın +4-+8 dərəcədə, 12-18 saat sonra əmələ gələn qaymaqbənzər qatı-hiperlipidemiyaya üçün,xilomikron ilə izah olunan plazmanın bulanlıqı-yüksək konsentrasiyada ÇASL olması xasdır.
Triqleseridlər suda həll olunmadığı səbəbindən,onlar qanda zülal ilə bağlamada,kompleks şəklində nəqliyyat olunurlar.Bu kompleksin adı-lipoproteindir.Tərkibində komponentlərin proporsiyaları ilə fərqlənən bir neçə növ lipoprotein var:
- Çox aşağı sıxlıqlı lipoproteinlər(ÇASL)
- Aşağı sıxlıqlı lipoproteinlər(ASL)
- Yüksək sıxlıqlı lipoproteinlər(YSL)
Orqanizmdə triqleseridlərin əksəriyyəti ÇASL ilə nəqliyyat olunurlar.Triqleseridlərin artması,ürək-damar xəstəliklərin inkişaf etmə riskini artırır.Buna şərait yaradan bir sıra amillər mövcuddur : hərəki fəallığının azalması, bədənin artıq kütləsi , siqaret çəkmək, spirtli içki,şəkərli diabet.Bundan başqa triqleseridlər mədə altı vəzinin kəskin iltihabı xəstəliyi olan-kəskin pankreatit əmələ gəlməsinin riskini artırırlar.
- Müayinə üçün biomaterial:Venoz qan
- Müayinəyə 12 saat qalmış qidanı qəbul etməmək,su içmək olar.
- Fiziki və emosional gərginliyi müayinəyə 30 dəqiqə qalmış aradan götürmək.
- Aterosklerozun inkişaf etmə riskinin qiymətləndirilməsi(xolesterol və onun fraksiyalar ilə birgə təyini)
- Podaqra
- Pankreatit
- Miokardın infarktı
- İrsi metabolik pozulmalar
- Heyvan mənşəli yağları ilə az zəngin olan dietatın təyin etməsindən sonra,onun effektivliyinin qiymətləndirilməsi
- Triqliseridlərin və xolesterolun səviyyəsinin aşağı salan dərman preparatların təsirinin qiymətləndirilməsi.
- Lipidoqramma tərkibində xolesterol,YSL,ASL və aterogenlik əmsalının yoxlanılması(20 yaşdan yuxarı hər kəsə 5 ildə bir dəfə verilməyə tövsiyyə olunur)
- Planlı,profilaktiv müayinələr zamanı
- Şəkərli diabet zamanı
- Əgər xəstədə bir və yaxud bir neçə aşağıda sadalanan risk faktorlar var:
- Siqaretçəkmə
- Yaş(kişilər üçün >45 yaş,qadınlar üçün>55 yaş
- Arterial təzyiqin yüksələnməsi >140/90 mm/cs.
- Xolesterolun artmasıvə yaxud ailə üzvlərində ürək-damar xəstəlikləri(yaxın qohumda kişi cinsli 55 yaşa kimi,qadın cinsli 65 yaşa kimi infarkt/insult),
- ürəyin işemik xəstəliyi,ürək əzələsinin infarktı,insult
- Şəkərli diabet
- Bədən kütləsinin həddən artıq olması
- Alkoqolun qəbulu
- Heyvan mənşəli yağlar ilə zəngin qidanı qəbul etməsi
- Aşağı fiziki aktivlik
- Əgər uşağda ailə üzvlərində erkən yaşda xolesterolun artması və yaxud ürək xəstəlikləri müşahidə olunurdu,o zaman ilk dəfə analiz verilməsi 2-10 yaş arası verilməyə tövsiyyə olunur.
Hipertriqleseridemiya(triqleseridlərin artması)-irsi meyillik,və yaxud həddən artıq heyvan mənşəli yağların qəbulu nəticəsində yarana bilər.Böyüklərdə profilaktiv risk dərəcəsinə görə bir neçə qrupa bölünür:
- Kafi:triqleseridlər < 1,7 mmol/l – Ürək-damar xəstəliklərinin yaranma riskini aşağı olmasını əks etdirir
- Sərhəd:triqleseridlər mmol/l-
- Yüksək:triqleseridlərin səviyyəsi – 2,3-5,6 mmol/l – Ürək-damar xəstəlikləri inkişaf ehtimalının böyük olduğunu göstərir
- Çox yüksək : triqleseridlər > 5,6 ммоль/л –Ürəklə yüksək riskli problemlərdən başqa ,bu halda pankreatitin inkişafı təhlükəsi çox böyükdür,bu səbəbdən triqleseridlərin konsentrasiyanı azaldan preparatların, erkən təyin edilməsi tələb olunur (optimal olaraq 1.3 mmol/l və daha aşağı).
Müalicə təyin olunana qədər,triqleseridlərin artmasının digər səbəblərini inkar etmək lazımdır:
- Alkoqolizm,
- Nefrotik sindromuna gətirən böyrəklərin xroniki iltihabə xəstəliklər
- Xroniki böyrək çatışmazlığı
- Qalxanabənzər vəzinin funksiyasının azalması(hipotireoz)
- Qeyri-kafi müalicə olunan şəkərli diabet
- Pankreatit
- Miokardın infarktı-belə hallarda qanda triqleseridlərin yüksək səviyyəsi bir neçə aya qədər qala bilər.
- Podaqra
Nəticəyə təsir edə bilən amillər:
Triqleseridlərin yüksək səviyyəsi hətta qidanın qəbulundan sonra bir neçə saat sonra ola bilər(5-10dəfə). Müxtəlif vaxtlarda acqarına götürülmüş qan nümunələri göstəriciləri, eləcə də müxtəlif ola bilər.Bəzi adamlarda qanda triqleseridlərin səviyyəsi ay ərzində 40% dəyişə bilər.Belə hal bioloji variasiya adlanır,və orqanizmdə xolesterolun normal metabolizmini əks etdirir.Nəticədə tək müayinə,triqleseridlərin “adi” səviyyəsini həmişə əks etdirmir,və bəzi hallarda təkrar müayinə aparılması məsləhət görülür.
Triqleseridlərin səviyyəsini artırırlar:
- Yağ turşuları ilə zəngin qida qəbulu
- Alkoqolun qəbulu
- Hamiləlik(analizi doğuşdan 6 həftə sonra verilməsi məsləhət görülür)
- Oral kontraseptivlər,xolestiramin,furosemid,veroşpiron, kordaron,kortikosteroidlər.
Triqleseridlərin səviyyəsini azaldırlar:
- İntensiv fiziki iş
- Statinlər,metformin
Vacib qeydlər:
- Triqleseridlərə görə müayinəsini,insanın nisbi sağlamlıq dövründə verilməsi məsləhət görülür. Kəskin xəstəliklərdən sonra:infarkt,cərrahi əməliyyatlar ən azı 6 həftə gözləmək lazımdır
- İnandırıcı dəlillər ki, triqliseridlərin səviyyəsinin enməsi ürək-damar xəstəlikləri riskini azaldır,hələ ki yoxdur. Lakin ASL yuxarı,və yaxud YSL aşağı olan xəstələrdə,triqleseridlərin yüksək səviyyəsi ürəyin işemik xəstəliyinin inkişafı riskini artırır.
- ABŞ-da lipidlərin konsentrasiyası mq/dl ölçülür,Avropada mmol/l
- Kliniki praktikada triqleseridlərin ölçülməsi əsasən dislipoproteidemiyaların aşkar olunmasının və tipləşdirilməsinin məqsədi ilə istifadə olunur.
Yaş | Cins | Triqleseridlərin səviyyəsi,mmol/l |
< 10 yaş | Kişi | 0,34 - 1,13 |
Qadın | 0,40 - 1,24 | |
10 - 15 yaş | Kişi | 0,36 - 1,41 |
Qadın | 0,42 - 1,48 | |
15 - 20 yaş | Kişi | 0,42 - 1,67 |
Qadın | 0,44 - 1,4 | |
20 - 25 yaş | Kişi | 0,50 - 2,27 |
Qadın | 0,41 - 1,48 | |
25 - 30 yaş | Kişi | 0,52 - 2,81 |
Qadın | 0,42 - 1,63 | |
30 – 35 yaş | Kişi | 0,56 - 3,01 |
Qadın | 0,44 - 1,70 | |
35 - 40 yaş | Kişi | 0,61 - 3,62 |
Qadın | 0,45 - 1,99 | |
40 - 45 yaş | Kişi | 0,62 - 3,61 |
Qadın | 0,51 - 2,16 | |
45 - 50 yaş | Kişi | 0,65 - 3,70 |
Qadın | 0,52 - 2,42 | |
50 - 55 yaş | Kişi | 0,65 - 3,61 |
Qadın | 0,59 - 2,63 | |
55 - 60 yaş | Kişi | 0,65 - 3,23 |
Qadın | 0,62 -2,96 | |
60 - 65 yaş | Kişi | 0,65 - 3,29 |
Qadın | 0,63 - 2,70 | |
65 - 70 yaş | Kişi | 0,62 - 2,94 |
Qadın | 0,68 - 2,71 |
Qanda triqleseridlərin dəyişməsi ilə əlaqə olan xəstəliklər və vəziyyətlər:
Triqleseridlərin artması | Triqleseridlərin azalması |
I.İlkin hiperlipidiemiya: 1)Ailəvi hipertriqleseridemiya(fenotip IV) 2)Mürəkkəb ailəvi hiperlipidemiya(fenotip IIb) 3)Sadə hipertriqleseridemiya(fenotip IV) 4)Ailəvi disbetalipoproteinemiya(fenotip III) 5)Xilomikroemiya sindromu(fenotip I və V) 6)LXAT çatışmazlığı(lesitinxolesterinasiltransferaza) 7)Hiperlipoproteinemiya I tip(lipoproteinlipaza fermentin çatışmazlığı) II.İkincili hiperlipidemiya: 1)Ürəyin işemik xəstəliyi,miokardın infarktı, ateroskleroz. 2)Hipertoniya xəstəliyi 3)Piyləmə 4)Viruslu hepatitlər,qara ciyər sirrozu(alkoqollu,biliar),öd yolların obturasiyası 5)Şəkərli diabet 6)Hipotireoz 7)Nefrotik sindrom,xroniki böyrək çatışmazlığı 8)Kəskin və xroniki pankreatit 9)Peroral kontraseptivlərin,beta blokatorların, tiazid diuretiklərin qəbulu 10)Hamiləlik 11)Qlikoqenozlar(I,III,VI tip) 12)Talassemiya(böyük) 13)Beyin damarların trombozu 14)Podaqra 15)Respirator-distress sindrom 16)Daun sindromu 17)Verner sindromu 18)Nevrotik anoreksiya 19)İdiopatik hiperkalsemiya 20)Kəskin növbələnən porfiriya | 1)Hipolipoproteinemiya 2)Hipertireoz 3)Hiperparatireoz 4)Qida qəbulun çatışmazlığı 5)Malabsorbsiya sindromu 6)Bağırsaqın limfangiektaziyası 7)Ağ ciyərlərin xroniki obstruktiv xəstəlikləri 8)Xolestiramin,heparin,C vitamin,proqestinlərin qəbulu 9)Abetalipoproteinemiya 10)Baş beyin infarktı 11)Laktozuriya 120Qara ciyər parenximasının zədələnməsi(terminal mərhəlləsi). |