Düz bilirubin ümumi bilirubinin fraksiyasıdır, qaraciyərdə sərbəst bilirubinin konyuqə olması nəticəsində yaranır. Sərbəst bilirubinin qlükuron turşusu ilə birləşməsidir. Suda yaxşı həll olunur, toxumalara daxil olur, toksikliyi azdır. Düz bilirubin diazoreaktiv ilə birbaşa reaksiyaya girir, ona görə də “düz” bilirubin adlanır.
Qaraciyərdə sintez olunur, çox hissəsi öd ilə nazik bağırsağa daxil olur. Burada bilirubindən qlükuron turşusu ayrılır və o urobilinə çevrilir. Ara məhsul kimi mezobilirubin və mezobilinogen əmələ gəlir. Bağırsaq bakteriyaları mezobilirubini sterkobilinogenə çevirir. Sterkobilinogenin müəyyən hissəsi qana sorulur və böyrəklər vasitəsilə xaric edilir. Əsas hissəsi isə sterkobilinə çevrilir və nəcis vasitəsilə xaric olunur.
Düz bilirubinin az bir hissəsi qaraciyər hüceyrələrindən qana keçir. Hiperbilirubinemiya zamanı düz bilirubin elastik toxumalarda, göz almasında, mukoz membranlarda və dəridə toplanır.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Analiz 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
- Yüngül qida qəbulundan 4 saat sonra müayinənin aparılması mümkündür.
- Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
- Qaraciyər xəstəlikləri
- Xolestaz
- Müxtəlif etiologiyalı sarılıqların differensial diaqnostikası
Qaraciyərdə bilirubin ekskresiyasının pozulması
- Kəskin virus hepatiti
- Qaraciyərin infeksion mənşəli zədələnməsi
- Kəskin toksiki hepatit
- Ödçıxarıcı yolların patologiyası
- Hamilələrin sarılığı
- Onkopatologiya ( birincili hepatokarsinoma, qaraciyərin metastatik zədələnmələri)
- Funksional hiperbilirubinemiya (Dabin-Conson sindromu, Rotor sindromu)
- Yenidoğulmuşların hipotireozu
Biliar obstruksiya
- Mexaniki sarılıq
- Biliar sirroz (birincili və ya ikincili)
- Sklerozlaşan xolangit