Sərbəst bilirubin

10 Azn

Bilirubin, qırmızı qan hüceyrələrində (eritrositlərdə) olan hemoglobinin parçalanması nəticəsində əmələ gələn bir maddədir.

Təxminən 120 gün yaşayan qırmızı qan hüceyrələri ömrünün sonuna çatdıqda parçalanır və bədənin ehtiyac duyduğu qırmızı qan hüceyrələri yenilənir. Bu müddətdə, məhv edilmiş hüceyrələrin içərisində çox miqdarda hemoglobin adlanan protein var. Hemoglobin zülalının parçalanması nəticəsində bilirubin əmələ gəlir. Yaranan bilirubin qana keçir və sonra qaraciyərə daşınır. Qaraciyərdə olan bilirubin ödə əlavə olunur. Öd  yollarından öd kisəsinə keçən bilirubin daha sonra nazik bağırsağa gəlir. Bədəndən bilirubinin xaric olması nəcis yolu ilə baş verir.

Bilirubinin müxtəlif alt növləri vardır. "birləşmiş  bilirubin, birləşməmiş bilirubin, total bilirubin .

Birləşməmiş (qeyri düz,sərbəst) Bilirubin: Bu tip bilirubin hemoglobin parçalanmasından  sonra əmələ gələn və qana buraxılan bilirubinin növüdür. Qeyri düz  bilirubin albuminlə bağlı formada qanda daşınır.

 

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Analiz 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Yüngül qida qəbulundan 4 saat sonra müayinənin aparılması mümkündür.
  • Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
  • Qaraciyərin patologiyaları
  • Hemolitik anemiya
  • Müxtəlif sarılıqların dinamikasının və ağırlığının qiymətləndirilməsi
  • Artan bilirubinin olması halında xəstədə görülə bilən simptomlar bilirubinin artmasına səbəb olan əsas səbəbə görə dəyişə bilər. Bununla birlikdə, bilirubinin yüksəkliyi səbəbindən inkişaf edən ən çox görülən simptomları aşağıdakı kimi sıralamaq olar:

  • Qarın ağrısı, qarında şişlik
  • Üşütmə, qızdırma
  • Sinə ağrısı
  • Zəiflik
  • Başgicəllənmə
  • Ürək bulanması
  • Qusma
  • Tünd sidik rəngi

 

Bilirubin azlığı nədir? əlamətləri nələrdir

Bilirubin azlığı adətən insanlarda heç bir əlaməti olmur. Rutin qan testləri zamanı aşağı bilirubin dəyərləri meydana gələ bilər.

Bilirubin səviyyəsində azalmaya səbəb ola biləcək heç bir xəstəlik müəyyən edilməyib. Bununla birlikdə, qeyri-steroid antiiltihab (NSAID) qrupu və ya kafein və aspirin kimi barbiturat qrupu dərmanlarının istifadəsi; Müvəqqəti aşağı bilirubinin səviyyəsinə səbəb ola bilər. Kafein qəbulu və ya analiz üçün qan verməzdən əvvəl bu dərmanların istifadəsi aşağı bilirubin dəyərləri ilə nəticələnə bilər.