Xlor – hüceyrəxarici mayenin və mədə şirəsinin əsas anionudur. mənfi yüklü elektrolit olub Natrium, Kalium və bikarbonatla birlikdə orqanizmindəki mayenin miqdarı və Ph balansının tənzimlənməsində iştirak edir. Xlor ionları turş-qələvi tarazlığının, osmotik təzyiqin və su balansının saxlanmasında da rol oynayır. Plazma, limfa və likvorda rast gəlinir. Plazmada xlor səviyyəsi onun xaricdən daxil olması, orqanizmdə paylaşdırılması, sidik və tər vəziləri və nəcis ilə xaric olunmasının tarazlığından asılıdır. Xloridlərin itirilməsi zamanı alkaloz, həddən çox qəbulu zamanı isə asidoz inkişaf edir.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
- Analiz səhər 8-11 arası verilməlidir.
- Müayinə öncəsi çox yeməkdən qaçınmaq lazımdır.
- Böyrəklərin xəstəlikləri
- Şəkərsiz diabet
- Böyrəküstü vəzilərin patologiyası
- Müxtəlif xəstəliklər zamanı turşu-qələvi pozğunluğunun monitorinqi və dinamik izlənməsi
Xlor səviyyəsinin yüksəlməsi (hiperxloremiya)
- Kəskin böyrək çatışmazlığı
- Şəkərsiz diabet
- Kortikosteroidlərlə müalicə
- Respirator alkaloz
- Böyrəküstü vəzin qabıq maddəsinin hiperfunksiyası
- Dehidratasiya
Xlor səviyyəsinin azalması (hipoxloremiya)
- Sürətli tər əmələgəlmə (sekretor disfunksiya və hormonal disbalans zamanı)
- Diuretiklərin həddən çox qəbulu
- Respirator və metabolik asidoz
- Aldosteronizm
- Başın travması
- İshal dərmanlarının qəbulu
- Hüceyrəxarici mayenin həcminin artmasıyla su intoksikasiyası
- Qusma, diareya zamanı mayenin itirilməsindən dehidratasiya