C-peptid(birləşdirən peptid,Connecting peptide,C-peptide)-mədəaltı vəzinin endokrin komponentin hissəsidir.İnsulinin əmələ gəlməsinin göstəricisidir.Şəkərli diabetin diaqnostikasında istifadə olunur.Şəkərli diabetin proqnozu,müalicəyə nəzərətinin və mədəaltı vəzinin bəzi yenitörəmələrin diaqnostikasında istifadə olunur. İnsulinin biosintezi zamanı C-peptide insulin ilə bir yerdə,proinsulin molekulasının proteolitik parçalanma nəticəsində əlavə məhsul kimi sintez olunur.Proinsulin sələfi-molekulası mədəaltı vəzinin b-hüceyrələrinin sekretor qranulalarda Qolci aparatında yer alır.Öz növbəsində proinsulin molekulası preproinsulindən əmələ gəlir.Proinsulin molekulasının alfa-,və beta- zəncirlərin arasında,31 aminturşuli qalıqlarından ibarət C-peptid molekulası yer alır.İnsulin molekulasının mədəaltı vəzinin b-hüveyrələrinin tərəfindən sintez zamanı bu peptid peptidaza fermentləri ilə əsas molekulundan kəsilir,və insulin ilə bir yerdə qan dövranına daxil olur.C-peptidin ayrılmasına gədər insulin molekulası aktiv deyil.

C-peptid insulin molekulasının ikizəncirli strukturun formallaşmasında(A və B zəncirlər),proinsulin molekulası ilə iki disulfid körpücükün yaranmasında vacib funksiya oynayır.İnsulin və C-peptid ekvimolyar səviyyələrdə əmələ gəlir,və qapı venasından qan dövranına keçir.İnsulin molekulasınan yarısı qara ciyərdə ekstradisiya olunur.C-peptid demək olar ki,bu göstərici yox dərəcədədir.Bu səbəbdən C-peptidin yarımömür dövrü insulindən nisbətən 35 dəqiqə daha uzundur.C-peptid periferik qanda konsentrasiyası insulindən nisbətən 5-10 dəfə daha çoxdur.Sekresiyadan sonra insulin portal qan axımı ilə qara ciyərə daxil olur.Burda onun böyük hissəsi akkumulyasiya olunur(“birinci keçilmə effekti”),və ancaq bundan sonra sistem qan dövranına keçir.Bu səbəbdən qanda insulin konsentrasiyası onun mədəaltı vəz tərəfindən sekresiyanın həcmini əks etdirmir.Bundan başqa insulin səviyyəsi  bir sıra fizioloji xallarda dəyişə bilər(qida qəbulu onun əmələ gəlməsini stimullaşdırır,ac qalmada isə səviyyəsini azaldır).İnsulin konsentrasiyası onun səviyyəsinə təsir edən xəstəliklər zamanı dəyişir(şəkərli diabet).İnsulinə qarşı əks cisimlərin peyda olması,onun səviyyəsinin qiymətləndirilməsi çətinlik yaradır.Nəhayət,əgər əvəzləyici terapiya kimi rekombinant insulin istifadə olunursa,ekzogen və endogen insulin bir birindən ayırmaq mümkün deyil.İnsulindən fərqli olaraq C-peptid qara ciyərdə “birincili keçmə effektinə” təsirli deyil.Buna gorə qanda C-peptid səviyyəsi onun mədəaltı vəz tərəfindən ifraz elədiyi miqdarına bərabərdir.Bundan baəqa C-peptid konsentrasiyası,qanda qlükoza səviyyəsinin dəyişilməsindən asılı deyil,və nisbətən daimidir.Bu hüsusiyyət C-peptid müayinəsini insulinin mədəaltı vəz tərəfindən ifraz olunmasının miqdarın qiymətləndirilməsini ən dəqiq üsul kimi sayılmasına imkan verir.

Normada  insulin mədəaltı  vəzin beta-hüceyrələrində ifrazın artması, qanda qlükozanın səviyyəsinin artmasına cavab olaraq olur.Bu hormon bir çox funksiyalar daşıyır.Ən əsası -qlükozanın insulin-asıllı toxumalara daxil olmasıdır(qara ciyər,piy və əzələ toxuması).İnsulin səviyyəsinin nisbi və yaxud mütləq təsir edən xəstəliklər zamanı,qlükozanın işlənilməsi pozulur,və nəticədə hiperqlikemiya vəziyyəti yaranır. Baxmayaraq ki,bu xəstəliklərin səbəbi və inkişaf mexanizmləri fərqlidir,hiperqlikemiya ümumi metabolik pozğunluq kimi olur,və kliniki mənzərəni şərtləndirir;bu şəkərli diabetin diaqnostik kriteriyasıdır.I və II tip şəkərli diabet fərqləndirirlər.Ondan başqa hiperqlikemiya ilə xarakterizə olunan digər sindromlar(LADA,MODY-diabet,hamilələr diabeti və s) da fərqləndirirlər.

I tip şəkərli diabet mədəaltı vəzin toxumaların autoimmun dağılması ilə səciyyələnir.Əsasən beta-hüceyrələr autoreaktiv T-limfositlər tərəfindən zədələnir.Bundan başqa I tip şəkərli diabet ilə olan xəstələrin,beta-hüceyrələrin bəzi antigenlərə qarşı  autoəkscisimlər aşkar olunur.Hüceyrələrin dağılması qanda insulin konsentrasiyasın azalmasına gətirib çıxarır.

I tip şəkərli diabetə meyilli adamlar,onun əmələ gəlməsi üçün bəzi viruslar(Eppşteyn-Barr,koksaki, paramiksovirus),stress,hormonal pozulmalar köməklik edir.I tip şəkərli diabetin əhali arasında yayılması 0.3-0.4% təşkil edir,və II tip şəkərli diabetdən çox geri qalır.I tip şəkərli diabet adətən 30 yaşa qədər daha çox rast gəlinir,və aşkar hiperqlikemiya və simptomatikası ilə xarakterizə olunur.Adətən uşaqlarda qəflətən,tam sağlamlıq fonunda əmələ gəlir.I tip şəkərli diabetin əvvəli üçün polidipsiya,poliuriya,polifaqiya,bədən kütləsinin azalması xasdır.Çox vaxt onun ilk təzahürü diabetik ketoasidoz olur.Bir qayda olaraq belə simptomatika beta-hüceyrələrin artıq böyük miqdarda itirilməsi deməkdir.Cavan insanlarda I tip şəkərli diabet daha ləng və uzunmüddətli inkişaf edə bilər.Beta-hüceyrələrin xəstəliyin əvvəlində böyük miqdarda itirilməsi,insulin ilə müalicə zamanə qlükoza səviyyəsinə kifayyət gədər kontrol eləməməsindən,və şəkərli diabetin fəsadların tez inkişaf etməsindən  irəli gəlir.Və,əks olaraq,beta-hüceyrələrin qalıq funksiyasının saxlanılması,insulin preparatları ilə müalicəsi zamanı qanda qlükoza səviyyəsinin lazımi kontrolu,şəkərli diabetin gec fəsad yayılması ilə bir başa bağlıdır,və müsbət proqnostik gostərici kimi qiymətləndirilir.Beta-hüceyrələrin qalıq funksiyasının qiymətləndirilməsinin yeganə üsulu –qanda C-peptid konsentrasiyasının təyinidir.Ona görə bu göstərici I tipli şəkərli diabetin ilkin diaqnostikası zamanı,proqnoz vermək üçün istifadə olunur.

II tipli şəkərli diabet zamanı,insulin sekresiyası,və periferik toxamaların ona olan həssalıq pozulur. Baxmayaraq ki,qanda insulin miqdarı normal və hətta yüksək ola bilər,o olan hiperqlikemiya fonunda aşağı olur(insulinin nisbi çatışmamazlığı).Bundan əlavə II tip şəkərli diabet zamanı insulin sekresiyasının fizioloji ritmi pozulur(erkən mərhələ zamanı tez sekresiya fazası,və xəstəliyin proqressivləşən zamanı bazal sekresiyası).II tip şəkərli diabet ən əsas risk amillərdən biri həddən artıq piylənmədir.Fiziki gərginlik isə II tip şəkərli diabet əmələ gəlmə riskini aşağı salır,və yaxud gedişatına yaxşı təsir edir.

II tip şəkərli diabet ilə olan xəstələr,ümumi diabet xəstələrin 90-95% təşkil edir.Əksəriyyəti irsi meyillik ilə olan xəstələr olur.Adətən II tip şəkərli diabet 40 yaşdan sonra,və tədricən inkişaf edir.Hiperqlikemiya I tipdə olduğu kimi belə aşkar olmur.Ona görə osmotik diurez və dehidrotasiya II tip üçün xas deyil.Xəstəliyin erkən etapları qeyri-spesifik simptomlar ilə müşahidə olunur: başgicəllənmə,zəiflik, görmə qabiliyyətin pozulması.Çox vaxt pasient buna fikir vermir.Lakin bir neçə il ərzində xəstəlik proqressivləşir  və diyişilməz fəsadlara ilə nəticələnir:miokardın infarktı,hipertonik kriz,xroniki böyrək çatışmamazlığı,görmə qabiliyyətinin pozulması və yaxud tam itməsi,ətrafların hissiyatının pozulması,onların üstündə yaraların əmələ gəlməsi.

I və II tip şəkərli diabetin özünəməxsus simptomların olmasına baxmayaraq,ilk dəfə hiperqlikemiyalı olan xəstələrdə,beta-hüceyrələrin funksiyasının azalmasının yeganə göstərici qanda C-peptid müayinəsidir.Ona görə bu göstərici diabetlərin differensial diaqnostikasında geniş istifadə tətbiq olunur. Xüsusilə pediatrik praktikada.Vaxt keçdikcə həm I-ci,həm II tipli şəkərli diabetlərdə xroniki hiperqlikemiya əlamətləri üstünlük etməyə başlayırlar:ürək-damar xəstəlikləri,böyrək,gözün tor qişası, periferik sinirlər.Bu fəsadların çoxusu vaxtında aparılan diaqnostika,müalicə və qlükoza səviyyəsinə nəzarət inkişaf etməyini dayandırır.İlk növbədə aparılan terapiya beta-hüceyrələrin qalıq funksiyasının saxlanılmasına yönəlməlidir.

Qara ciyər C-peptidi ekstraksiya etmir.O,qan dövranından böyrrəklər ilə çıxarılır,və fraksiyalara parçalanır(sidiklə dəyişilməmiş formada çıxır).Sidikdə C-peptidin konsentrasiyası qandan nisbətən 20-25 dəfə artıqdır.Ona görə böyrək çatışmamazlığı zamanı onun konsentrasiyası artır.

Əvvələr hesab olunurdu ki,C-peptid biloji olaraq aktiv deyil.Lakin aparılan son tədqiqatlar göstərir ki,C-peptid-bioaktiv peptiddir.C-peptid,insulin və qlükoza səviyyəsinin öyrənilməsi hipoqlikemiyanın differensial diaqnostikasında istifadə olunur(süni hipoqlikemiya və insulin şok ilə törədilən hipoqlikemiya).Endogen insulin miqdarının hesablanması üçün,C-peptid müayinəsi bazal ac qarına, stimulyasiyadan və supresiv testlərdən sonra aparılır.İnsulin terapiyasını alan şəkərli diabet ilə olan xəstələrdə, endogen anti-insulin əkscisimlərin üstünlük təşkil etməyi nəticəsində,C-peptid konsentrasiyası,endogen pankreatik insulinin səviyyəsini,insulin konsentrasiyasından daha dəgig göstərir.Beləliklə C-peptid müayinəsi, I tip şəkərli diabetin erkən mərhələsində b-hüceyrələrin qalıq funksiyasının qiymətləndirilməsi,böyüklərdə latent autoimmun diabetin(LADA) differensial diaqnostikası,və II tip şəkərli diabet üçün istifadə olunur.

C-peptid səviyyəsinin müayinəsi mədəaltı vəzinin adacıqların transplantasiyasının uğurlu olub olmamasının qiymətləndirməsi üçün,və pankreatektomiyadan sonra monitoring məqsədi ilə istifadə olunur.

Sidikdə C-peptid səviyyəsini beta-hüceyrələrin funksiyasını arakəsilməz qiymətləndirilməsi,və yaxud biomaterialın tez tez götürülməsinin mümkün olmdığı təqdirdə(uşaqlarda) aparılır.Sidikdə C-peptid,mədəaltl vəzin funksiyasının qiymətləndirilməsi üçün  hestasion diabet ilə olan xəstələrdə və labil qlikemik kontrol ilə insulin-asılı şəkərli diabet(İDDM) ilə olan xəstələrdə istifadə olunur.

C-peptid səviyyəsinin artması beta-hüceyrələrin aktivliyinin artması nəticəsində(insulin şok, böyrək çatışmamazlığı,piylənmə) ola bilər.C-peptid səviyyəsinin artması,hiperlipoproteinemiyanın artmasının və hipertenziya arasında müsbət korrelyasiya qeyd olunur.

C-peptidin azalması ac qalmada,süni hipoqlikemiya,hipoinsulinizm(NİDDM,İDDM),Addison xəstəliyi zamanı,və keçirilmiş radikal pankreatektomiyadan sonra qeyd olunur.

  • Qan verməsindən 24 saat qabaq alkoqol içkilərə qəbul etməmək
  • Müayinəyə 8 saat qalmış qidanı qəbul etməmək.Təmiz qazsız su içmək olar.
  • Müayinəyə 30 dəqiqə qalmış fiziki və emosional gərginliyi aradan qaldırmaq.
  • Müayinəyə 3 saat qalmış siqaret çəkmək olmaz
  • Qan səhər 8-11 saat arası verilməsi məsləhət görülür.
  • Müayinə üçün istifadə olunan biomaterial:Venoz qan

I və II tip şəkərli diabetin differensial diaqnostikası

Şəkərli diabetin gedişatının proqnozlaşması

Sonsuzluq,polikistoz yumurtalıqlar sindromu

Hipoqlikemik vəziyyətlərinin differensial diaqnostikası

Süni hipoqlikemiyaya şübhəsi

Diabet ilə olan xəstələrdə insulinterapiya fonunda b-hüceyrələrin qalıq funksiyasının qiymətləndirilməsi

Remisiyanın aşkar olunması və kontrolu(yeniyetmə diabeti)

İnsulinomanın aşkarlanması

Diabet ilə olan hamilə qadınların dölün mümkün olan patologiyanın qiymətləndirilməsi

Qara ciyər xəstəliklər zamanı insulinin sekresiyasının qiymətləndirilməsi

Mədəaltı vəzinin rezeksiyasından sonra kontrol müayinə.

C-peptid səviyyəsinin  artması:

Piylənmə(kişi tipi)

Mədəaltı vəzinin yenitörəmələri

Qlibenklamid preparatların qəbulu zamanı hipoqlikemiya

QT intervalın artması sindromu

Somatotropinoma

APUD-oma

Böyrək çatışmamazlığı

Qida qəbulu

Beta-hüceyrələrin hipertrofiyası

İnsulinoma

İnsulinə qarşı əks cisimlərin olması

İnsulin asıllı olmyan şəkərli diabet II tip

Estrogen,progesteron,qlükokortikoidlər, xloroxin, danazol,etinil-estradiol,peroral kontraseptiv preparatlar qəbulundan sonra.

C-peptid səviyyəsinin azalması:

Şəkərli diabet;I tip şəkərli diabet

İnsulin ilə terapiya(mədəaltı vəzinin ekzogen insulinin yeridilməsinə normal cavabı)

Tiazolidindion preparatların(rosiqlitazon, troqlitason) qəbulu.

Alkoqollu hipoqlikemiya

Stress vəziyyəti

İnsulin reseptorlara qarşı əks cisimlərin olması(insulinə-rezistentn II tip şəkərli diabet zamanı).