İnsulinə rezistentlik diabet və ürək-damar patologiyalarının inkişafı riski ilə assosiasiya olunur. HOMO-İR indeksi metabolik sindromun diaqnostikasında baza kriteriyalara daxil olmasa da əlavə laborator müayinə kimi istifadə olunur. Qlükoza göstəricisi 7 mmol/l-dan az olan pasiyentlərin şəkərli diabet riskinin hesablanmasında HOMO-İR tək qlükoza və ya insulinə nisbətən daha informativdir. İnsulinə rezistentliyin pozulmasına daha çox xroniki Hepatit C zamanı rast gəlinir. Belə pasiyentlərdə müalicəyə cavab daha zəif olur, ona görə də insulinə rezistentliyin korreksiyasına müalicə hədəflərindən biri kimi baxılır. Qaraciyərin qeyri-alkoqol steatozu zamanı da insulinə rezistentliyin yüksəlməsi müşahidə olunur.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
- Müayinədən əvvəl fiziki gərginlik, bilavasitə müayinə öncəsi psixoemosional gərginlik və alkoqol qəbulu olmamalıdır.
- Piylənmə, metabolik sindrom, yumurtalıqların polikistozu sindromu, xroniki hepatit C, diabetli xəstələrin insulinərezistentlik dianmikasının qiymətləndirilməsi və monitorinqi
- Ürək-damar xəstəlikləri və diabet riskinin qiymətləndirilməsi
HOMO-İR yüksəlməsi müvafiq olaraq insulinə rezistentliyin yüksəlməsini və şəkərli diabetlə ürək-damar xəstəlikləri riskinin artdığını göstərir.