Qlükoza-express

4 Azn

Orqanizmə lazım olan enejinin 60% qida ilə qəbul edilən karbohidratlarla təmin edilir. Mədə-bağırsaq yollarında mürəkkəb karbohidratlar(əsasən nişasta polisaxaridi) fermentlər vasitəsi ilə sadə molekullara - monosaxaridlərə parçalanırlar və qana sorulurlar. Monosaxaridlərin 80%-ni qlükoza təşkil edir.

İnsan orqanizmin əksəriyyət hüceyrələri qlükozanı məhdud miqdarda toplanmağa qadirdir.Lakin qlükozanın əsas deposu üç tip hüceyrələr təşkil edir.

  • qara ciyər(hepatositlər);
  • əzələ(miositlər);
  • Yağ toxumasının hüceyrələri(adipositlər)

Digər toxumalardan fərqli olaraq baş beyin qlükozanı sintez etmək və toplanmağa qadir deyil. Baş beyinin normal funksiya etməsi üçün qlükozanın qanda minimal konsentrasiyası 3 mmol/l olmalıdır.

Hepatositlər və miositlər qlükozanı qlikogen şəklində depolayırlar. Qlikogen qlükozanın yüksəkmolekullu polimeridir.

Qlükozanın gün ərzində qanda konsentrasiyası adətən 8 mool/l-dən yuxarı və 3.5 mmol/l-dən aşağı olmur.

Qanda qlükozanın səviyyəsini tənzimləyən hormonlar

Hormon

İfraz olunan orqan

Cavab reaksiyası

Qanda şəkərə olan əsas effektləri

İnsulin

Mədəaltı vəzi(beta hüceyrələr)

Qlükozanın səviyyəsinin artması

Azaldır

Qlükaqon

Mədəaltı vəzi(alfa-hüceyrələr)

Qlükozanın səviyyəsinin azalması

Artırır

Adrenalin(epinefrin)

Böyrəküstü vəziləri(beyin maddəsi)

Stress

Artırır

Kortizol

Böyrəküstü vəziləri

Qlükozanın səviyyəsinin artması və/yaxud stress

Artırır

Somatotropin(boy hormonu)

Hipofizin ön payı

Qlükozanın səviyyəsinin azalması və/yaxud stress

Artırır

Sağlam hamilə qadınlarda inkişaf edən dölün qlükozaya olan tələbatını ödənilməsi səbəbindən acqarına olan qanda qlükozanın konsentrasiyası hamilə olmayan vaxtına nisbətən aşağı ola bilər. Hamiləlik zamanı adaptiv hormonal dəyişikliklər qadının orqanizmdə insulinə qarşı tolerantlığını artırır. Bu qlükozanın döl üçün daşınmasını asanlaşdırır. Bəzi qadınlarda insulinin nisbi çatışmazlığı hamiləlik diabetinə(hestasion diabet) gətirib çıxara bilər. Hamilə qadınlar hestasion diabetə görə 24-28 həftə arası yoxlanılmalıdırlar. Hestasion diabet adətən doğuşdan sonra keçir.

Hiperqlikemiya və hipoqlikemiyanın son formaları xəstənin həyatı üçün təhlükə yarada bilər(orqanların işinin pozulması, baş beyin funksiyasının pozulması,koma).Xroniki olaraq qlükozanın yüksək konsentrasiyası böyrəklərin, gözlərin, ürəyin, qan damarların və sinir sistemin zədələnməsinə gətirir. Xroniki hipoqlikemiya baş beyin və sinir sistemin pozğunluqlarına səbəb ola bilər.

  • Biomaterialın növü: Venoz və kapilyar qan.
  • Müayinəyə 12 saat qalmış qidanı qəbul etmək tövsiyə edilmir (8 saatdan az və 14 saatdan çox olmamalıdır)
  • Müayinəyə 30 dəqiqə qalmış fiziki və emosional gərginliyi aradan qaldırmaq lazımdır.
  • Müayinəyə 30 dəqiqə qalmış siqaret çəkmək olmaz.
  • Müayinəyə 1 gün qalmış həddən artıq qida qəbul etmək
  • İnsulin asılı və insulin asılı olmayan şəkərli diabetin diaqnostika və monitorinqi
  • Piylənmə və artıq bədən çəkisi olan pasientlərdə hamiləlik vaxtında qlükozaya tolerantlığın pozulması
  • Qalxanvari vəzin, böyrəküstü vəzilərin, hipofizin patologiyası
  • Qaraciyər xəstəlikləri
  • Şəkərli diabetə meyllilik olan olan xəstələrdə qlükozaya tolerantlığın yoxlanılması
  • Diabet olmayan pasientlərin profilaktiv müayinəsi .(45 yaşdan yuxarı)
  • Huşun itməsi və ya zəiflik
  • Diabetə genetik meyilliyi olan xəstələrin müayinəsi                         

Qlükozanın konsentrasiyasının artması(hiperqlikemiya)

  • Böyüklərdə və uşaqlarda şəkərli diabet
  • Fizioloji hiperqlikemiya(fiziki gərginlik,stress,emosiyalar,siqaret çəkmə,inyeksiya zamanı adrenalinin çıxması,travma,ağrı və s.)
  • Feoxromasitoma,tireotoksikoz, akromeqaliya, Kuşinq sindromu, somatostatinoma)
  • Mədəaltı vəzin xəstəlikləri: kəskin və xroniki pankreatit, epidemik parotit, kistik fibroz, hemoxromatoz,mədəaltı vəzin şişləri
  • Qaraciyərin və böyrəklərin xroniki xəstəlikləri

Qlükozanın konsentrasiyasının azalması(hipoqlikemiya)

  • Mədəaltı vəzin xəstəlikləri(Lanherqans adacıqlarının betta-hüceyrələrinin hiperplaziyası, adenoma və ya karsinoması), insulinoma,adacıqların alfa-hüceyrələrin çatışmazlığı - qlükaqon çatışmazlığı.
  • Addison xəstəliyi, adrenogenital sindrom,hipopituitarizm, hipotireoz
  • Hipoqlikemik preparatların və insulinin yüksək dozada  istifadəsi.
  • Qaraciyərin ağır xəstəlikləri: sirroz,hepatit, karsinoma,hemoxromatoz
  • Bədxassəli qeyri-pankreatik şişlə
  • Fermentopatiyalar
  • Uzun müddətli aclıq, malabsorbsiya sindromu, dempinq sindrom
  • Arsen,xloroform,salisilatlar,antihistamin preparatları ilə zəhərlənmələr,alkoqollu intoksikasiya
  • İntensiv fiziki gərginlik, qızdırma
  • Anabolik steroidlərin, propranolol, amfetamin, asetaminofen qəbulu
  • Yüngül hipoqlikemik vəziyyət:piylənmə,II tip şəkərli diabetin yüngül forması zamanı (yeməkdən 3-4 saat sonra –insulinin maksimal effekti yarananda)
  • Mərrkəzi sinir sistemin xəstəlikləri:kəskin piogen meningit, vərəm meningiti, kriptokokk mənşəli meningit, epidemik parotit zamanı ensefalit,  qeyri-bakterial meninqoensefalit, ilkin amöb meninqoensefaliti.
  • Sarkoidoz zamanı spontan hipoqlikemiya