Şəkər yüklənməsi

25 Azn

Peroral qlükozaya tolerantlıq test qanda qlukozanın ac qarına və karbohidrat yükləmədən 2 saat sonra yoxlanılmasından ibarətdir.Müayinənin hədəfi karbohidrat mübadiləsinin müxtəlif pozulmaların diaqnostikasıdır(şəkərli diabet,qlükozaya tolerantlığın pozulması,ac qarına qlikemiya).

Karbohidrat mübadiləsinin pozulmasının skriningi üçün qlükozaya tolerantlıq testin aparılmasın məqsədəuyğun olması:

Skriningin başlanması üçün yaş

Skrining aparılan qruplar

Müayinə tezliyi

> 45 yaş

Normal bədən kütləsinə və risk amilləri olmayan

Normal nəticə olan halda-3 ildə 1 dəfə

Böyüklər

BKİ>25 kq/m2+1 risk amili

Normal nəticə olan-3 ildə 1 dəfə

Qlükozaya tolerantlığın pozulmaları ilə-ildə 1 dəfə

 

Peroral qlükozaya tolerantlıq testin aparılması məqsədə uyğun olmaması

  • Müxtəlif kəskin,o cümlədən yoluxucu xəstəliklərində
  • Qlikemiyanı artıran preparatların qəbulu fonunda:qlükokortikoidlər,tireoid hormonları, tiazidlər,beta-blokatorlar,oral kontraseptik maddələr.Müayinəyə 3 gün qalmış preparatların qəbulu dayandırılmalıdır.
  • 32 həftə hamiləlikdən çox olan qadınlarda
  • 28-32 həftə hamiləlikdə testin aparılması ancaq müalicə həkimin ciddi göstərişi ilə aparılmalıdır.
  • Qanın ac qarına götürülməsindən sonra müayinə olunan adam 250-300 ml suda həll olunan 75 qr qlükoza və yaxud 82.5 qr qlükoza-monohidrat 5 dəqiqə ərzində qəbul etməlidir.Uşaqlar üçün yüklənmə 1.75 qr qlükoza/kq(1.925 qr qlükoza monohidrat/kq) təşkil edir.Uşağın çəkisi 43 kq artıq olanda,ona adi böyüklər üçün doza(75 qr qlükoza verilir).

Şəkərli diabet diaqnozu bir neçə dəfə təkrar olaraq ac qarına qanda qlükozanın konsentrasiyasının  diaqnostik həddən artıq olması(7 mmol/l)əsasında qoyulur.Xəstələrin bir hissəsində bəzi əlamətlər karbohidratlar mübadiləsinin pozulmasının ilkin və yaxud gizlin formaların olmasını şübhə etmək imkan yaradır.Belə əlamətlərə qlükozanın ac qarına mülayım yüksəlməsi(diaqnostik həddən aşağı),epizotik olaraq sidikdə qlükozanın aşkar olunması(ac qarına qanda normada olması),diabet simptomları, hamiləlik,tireotoksikoz,qara ciyər xəstəlikləri,infeksiyalar,neyropatiyalar,retinopatiyalar  fonunda sidikdə qlükozanın olması).Belə olan hallarda karbohidratların gizlin pozulmalarına qlükozaya tolerantlıq testin aparılması,qlükozanı ac qarına və müəyyən olunmuş qlükozanın qəbulundan sonra təyin etməsi kömək edir.

Qlükozanın qana sorulması,insulinin sekresiyasını stimullaşdırır,və nəticədə qlükozanın toxumalar tərəfindən udması,və onun qanda olan konsentrasiyasını yükləmədən 2 saat sonra azalması ilə nəticələnir.Sağlam insanlarda qlükozanın səviyyəsi yükləmədən 2 saat sonra 7.8 mmol/l-dən az olur.Şəkərli diabet ilə olan xəstələrdə 11.1 mmol/l-dən çox.Ara nəticələri qlükozaya tolerantlığın pozulması kimi qiymətləndirilir(pre diabet).

Qlükozaya tolerantlığın pozulması insulinin sekresiya olunması və toxumaların həssaslığın azalmasının(rezistentliyin artması) birləşmiş pozulması ilə izah olunur.Qlükozaya tolerantlığın pozulması zamanı qanda ac qarına qlükozanın səviyyəsi normal və yaxud mülayım yuxarı ola bilər.Bəzi insanlarda qlükozanın tolerantlığın pozulması sonradan bərpa oluna bilər(30% hallarda).Qlükozaya tolerantlığın pozulması ilə olan adamlarda karbohidrat mübadiləsinin pozulmasının gücləndirilməsinə və II tipli şəkərli diabetə keçməsinə yüksək risk yaradır.

Qlükozaya tolerantlığın pozulması çox vaxt ürək-damar xəstəliklərin risk amillərin kompleksindən irəli gəlir(yüksək arterial təzyiq,yüksək xolesterin,aşağı sıxlıqlı lipoproteinlərin artması,yüksək sıxlıqlı lipoproteinlərin azalması)-metabolik sindrom(insulinə qarşı rezistentlik sindrom,X sindrom).Qlükozaya tolerantlıq pozulmasının aşkar olunması müəyyən tədbirlər karbohidratların mübadiləsinin pozulmasının artmasını qarşısını alır(bədən kütləsinin azalması,sağlam balanslaşdırılmış qida,fiziki aktivlik)

  • İstifadə olunan biomaterial:venoz qan
  • Peroral qlükozaya tolerantlıq test səhər,ən azı  3 gün qeyri-məhdud qidalanmadan(150 qrdan çox karbohidrat/sutkada) və adi fiziki gərginlik fonunda aparılır.Testdən qabaq 8-14 saatlıq ac qalmaq lazımdır(su içmək olar)
  • Axırıncı axşam qidanın tərkibində 30-50 qr karbohidrat olmalıdır.
  • Müayinəyə 10-15 saat qalmış alkoqol qəbul etmək olmaz
  • Gecə,testdən qabaq və test zamanı siqaret çəkmək olmaz.

Həddən artıq bədən kütləsi(Bədən Kütləsi İndeksi >25 kq/m2

Şəkərli diabetdən əziyyət çəkən yaxın qohumlar

Vaxtından qabaq doğuş,həddən artıq bədən kütləsi ilə(4.5 kq artıq), anadangəlmə qüsurlar,ölü döl ilə nəticələnən hamiləliklərdə olan qadınlarda

45 yaşdan yuxarı olan xəstələr

Metabolik sindrom

Qara ciyərin xroniki xəstəlikləri

Ateroskleroz,podaqra

Yumurtalıqların polikistozu

Etiologiyası müəyyən olmayan neyropatiyalar

Diuretiklərin,qlükokortikoidlərin, sintetik estrogenlərin uzun müddətli qəbulu.

Xroniki parodontoz və furunkulyez

Aşağı fiziki aktivlik

Anamnezində aclıq qlikemiyası və yaxud qlükozaya tolerantlığın pozulması

Müxtəlif mənşəli arterial hipertenziya,müxtəlif ürək-damar xəstəlikləri.

Lipid mübadiləsinin pozulması HDL<0.9 mmol/l,triqleseridlər >2.82 mmol/l

Testin aparılması təkrarən qanda qlükozanın konsentrasiyası diaqnostik həddən yuxarı olması(7 mmol/l) məqsədəuyğun deyil.Qlükozanın ac qarına 11 mmol/l-dən yuxarı olan xəstələrdə testin aparılması əksgöstərişdir(o cümlədən yaxınlarda cərrahi əməliyyat keçirilmiş,miokardın infarktı və doğuş keçirən xəstələrdə).Həkimin göstərişi ilə test C-peptidin ac qarına və yükləmədən 2 saat sonra insulinin sekretor rezervini qiymətləndirilməsi üçün aparıla bilər.

 

Şəkərli diabet və qlikemiyanın digər pozulmaların diaqnostik kriteriyalar(ÜST ,1999-2013).

Müayinə vaxtı

Qlükozanın konsentrasiyası(venoz plazma), mmol/l

Norma

Ac qarına

< 6,1

PQTT-dan 2 saat sonra

< 7,8

Şəkərli diabet

Ac qarına

≥ 7,0

PQTT-dan 2 saat sonra

≥ 11,1

Qlükozaya tolerantlığın pozulması

Ac qarına

< 7,0

PQTT-dan 2 saat sonra

≥ 7,8 и < 11,1

Ac qarına qlikemiyanın pozulması

Ac qarına

≥ 6,1 və < 7,0

PQTT-dan 2 saat sonra

< 7,8

Hestasiyon şəkərli diabet

Ac qarına

≥ 5,1 и < 7,0

PQTT-dan 2 saat sonra

≥ 8,5 и <11,1

 

                                               Qlükozaya tolerantlığın pozulmaların səbəbləri

Artmış tolerantlıq

Azalmış tolerantlıq

Bağırsaqdan absorbsiyanın az sürəti:

-hipokortisizm

-ikincili böyrəküstü vəzilərin hipofunksiyası ilə olan hipopituitarizm

-bağırsaq xəstəlikləri(steatoreya,spru,tuberkulyoz enterit,Uill xəstəliyi)

-hipotireoz

İnsulinin həddən artıq sekresiyası

-insulinoma

-mezidioblastoma

Bağırsaqdan absorbsiyanın yüksək sürəti:

-qlükozanın qida ilə artıq qəbulu

-hipertireoz

-qastroektomiya,qastroenterostomiya,vaqotomiyadan sonrakı vəziyyət

-on iki barmaq bağırsaqın xorası

Artmış qlikogenoliz və qlükoneogenez:

-hipertireoz

-emosional gərginlik və yaxud feoxromasitoma ilə əlaqəli böyrəküstü vəzilərin hiperfunksiyası.

-infeksiya ilə əlaqəli toksemiya

-hamiləlik

Daxil olmuş qlükozadan qlikogenin əmələ gəlmə mümkünsüzlüyü

-qara ciyər zədələnməsi

-qlikoqenozlar

Toxumaların qlükozanı işlətməsinin imkan olmaması:

-pre diabet,şəkərli diabet,steroidli diabet

-beyin travmaları və hipotalamik zonasının zədələnməsi və yaxud sıxılması ilə əlaqəli olan kəllə daxili proseslər(belə hallarda qlükoza səviyyəsi qeyri-adi dərəcədə yüksək olur,və yavaş-yavaş ac qarına səviyyəsinə düşü.

 

İkiqat qlükoza ilə yükləmə testi(Ştaub-Trauqot sınaqı),vena daxili qlükoza,kortizon və prednizolon-qlükoza sınaqı xəstədə karbohidrat mübadiləsinin vəziyyətini qiymətləndirməyə,və bir sıra hallarda onun erkən pozulmaları aşkar etməyə imkan verir.Lakin bu testlər şəkərli diabetin diaqnozu təstiqləməyə istifadə oluna bilməz.Onların qiymətləndirmə kriteriyaların  rəsmən olmadığı səbəbindən.