Bruselloz bakterial zoonoz infeksiyalardandır. İnsan üçün patogen olan növləri Br. Melitensis, Br. Abortus və Br. Suisdir. İnsanın yoluxması əksərən alimentar (qida) yolu ilə baş verir, bəzi hallarda kontakt və aerogen yoluxma da mümkündür.
Xəstə heyvanlardan alınan süd və ət məmulatları epidemioloji təhlükə törədir. Heyavnlar ifrazat məhsulları ilə torpağı, suyu, yemi çirkləndirirlər ki, bunlar da insan üçün yoluxma ocağı ola bilər.
Bruselloz dayaq-hərəkət, sinir və sidik-cinsi sistemi zədələyir. Kliniki mənzərədən asılı olaraq kəskin, yarı-kəskin, xroniki və rezidual formaları ayırd edilir. Keçirilən infeksiyadan sonra 6-9 ay ərzində immunitet qalır. Yenidən brusellaya yoluxma 2-7% hallarda müşahidə olunur.
Hamilələrdə bruselloz zamanı bətndaxili infeksiyanın dölə ötürülməsi mümkündür. Həmçinin postnatal olaraq laktasiya ilə də körpəyə ötürülə bilər.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Son qida qəbulundan 4 saat keçməsi tövsiyə olunur.
- Buselloz simptomları zamanı: 39-40 dərəcə qızdırma, titrətmə, tərləmə, əzginlik, mialgiya, artralgiya, artrit
- Əhalinin epidemioloji müayinəsi
- Qripp, qarın yatalağı, malyariya, infeksion mononukleoz, leptospiroz, limfoqranulematoz, revmatoid poliartritlə differensial diaqnostika
- Sidik cinsiyyət sistemi və oynaqların izolə olunmuş zədələnməsi zamanı (uyğun anamnez varsa)
Mənfi nəticə
- İnfeksiya yoxdur
Müsbət nəticə
- Kəskin infeksiya