Koksaki- enteroviruslar sinfindən olub (bağırsaq infeksiyası) hüceyrədaxili parazitdir.
Risk qrupuna körpələr və 10 yaşına kimi olan uşaqlar daxildir. Daha çox isə 3-4 yaşlarda təssadüf edilir. Yaz-yay fəslində virus baş qaldırır. Koksaki keçirtmiş insanda immunitet yaranmır, yəni bu xəstəliyə dəfələrlə tutulmaq ehtimalı böyükdür.
Virus hava-damcı yolu asqırıb, öskürdükdə), qanla və xəstə insanın şəxsi gigiyena vasitələrindən istifadə etdikdə ötürülür. İstirahət yerləri, otellər, xüsusən də uşaqların çox olduğu yerlərdə gigiyena qaydalarına əməl olunmadıqda yayılır.
Koksaki virusu - orqanizmə daxil olduqda ilk öncə selikli qişada, limfada, ağız-burun boşluğunda, nazik bağırsaqda toplanır, daha sonra qana keçir və qan-damar sistemi ilə yayılır. İnkubasiya dövrü 6-10 gündur.
Ümumilikdə xəstəlik 10 gün davam edir. Hal-hazırda bu virusa qarşı preparat mövcud deyil, qəti surətdə antibiotik vermək olmaz. Yalnız xəstəliyin əlamətlərini yüngülləşdirmək məqsədi ilə qızdırma salan siroplar vermək, yataq rejiminə riayət etmək, bol maye qəbul etmək lazımdır.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Analiz üçün xüsusi bir hazırlıq tələb olunmur
Ilkin simptom – yüksək qızdırma, diareya, bədəndə, ağız boşluğu ətrafı, əl və ayaqda qırmızı səpkilərdir. Səpgilərin xarakter xüsusiyyəti içi maye dolu, kiçik suluqlara keçməsidir. İştahsızlıq, halsızlıq, qarın nahiyəsində ağrılar və bəzən arxa əzələlərində ağrılı səpkilərə rast gəlinə bilər.
Coxaiki virusuna qarşı yaranmış İgG əkscisimcikləri heç də aktiv xəstəəliyin olmasını göstərmir. Bəzən passiv daşıyıcılarda da İgG nəticələri pozitiv göstərə bilər. Bunun üçün xəstəliyin diaqnozunun qoyulması zamanı xəstənin klinik əlamətləri və xəstəlik tarixi diqqətlə izlənilməlidir .
Neqativ nəticədən sonra hələ də xəstəlikdən şübhələnilirsə 15-20 gün sonra yenidən analiz verilməsi tövsiyyə olunur.