Hepatit A virusu yoluxmuş qida və su vasitəsilə bir şəxsdən digərinə keçir. Həmçinin cinsi əlaqə zamanı yoluxma mümkündür. İlkin simptomlar 2-4 həftə ərzində əmələ gəlir, bu müddətdə xəstələnmiş şəxs yoluxucu hesab olunur və digər kontaktda olduğu insanları yoluxdura bilər.
HAV İgM hepatit A-ya yoluxma zamanı ilkin əmələ gələn antitelləri təyin edir. Kəskin hepatit simptomları olan xəstələrdə və yoluxmanın erkən mərhələsində diaqnostika üçün istifadə olunur.
Simptomlar:
- Qızdırma
- Yorğunluq, əzginlik
- Iştahsızlıq
- Ürəkbulanma, qusma, abdominal ağrı
- Sidiyin rənginin tündləşməsi
- Oynaq ağrıları
- Dərinin və selikli qişaların rənginin saralması
Bəzi şəxslərdə və uşaqlarda hepatit A-ya yoluxma heç bir simptom olmadan və ya orta ağır simptomlarla keçir və çox zaman “qrip” “soyuqdəymə” ilə qarışıq salınır.
- Analiz dirsək venasından götürülən qan nümunəsində yoxlanılır,
- Müayinəyə xüsusi bir hazırlıq tələb olunmur.
- Hepatit A-ya qarşı peyvəndin effektivliyini qiymətləndirmək üçün. Peyvənddən sonra bir neçə həftədən sonra insanın qanında hepatit A-ya qarşı anticisimlər görünür, bu da peyvəndin uğurla keçdiyini bildirir (orqanizmdə infeksiyaya qarşı immunitet yaranmışdır).
- Hepatitə səbəb olan virusun növünü müəyyən etmək.
Neqativ nəticələr
Viral hepatit A-ya qarşı əkscisimciklər yoxdur (aktiv formalaşmış immunitet yoxdur)
Pozitiv nəticə
Bir insanın keçmişdə infeksiyaya məruz qalmasına cavab olaraq və ya peyvənd olunduqdan sonra yaranmış viral hepatitə qarşı əkscisimlrə vardır. Bu o deməkdir ki, orqanizm bu infeksiyaya qarşı immunitetə malikdir.