Anti-HİV (ekspress)

15 Azn

QİÇS- Qazanılmış İmmun Çatışmazlığı Sindromunun  qısaltmasıdır. HİV virusunun yaratdığı QİÇS immunitet sisteminin infeksiya və xərçəng xəstəliklərinə qarşı həssas olduğu və həyati təhlükəsi olan mərhələdir. Yanlış bilinənlərin əksinə olaraq, QİÇS HİV müsbət olan hər bir insanda baş vermir.

HİV virusuna qarşı hazırlanmış antiretrovirus dərmanlar sayəsində immun sistemi infeksiyalara qarşı ciddi ziyan görmədən mübarizə aparır, buna görə də bədən müqaviməti azalmır. HİV-ə yoluxduqdan sonra dərman müalicəsinə əlavə, QİÇS insanın yaşayış şəraitinə və orqanizmin  müqavimətinə əsasən yaranmaya bilər və 5-15 il və ya daha çox müddətdə yaranma ehtimalı vardır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada 37 milyon insan HİV virusunu daşıyır. HİV pozitiv insanların yüzdə 60-ı antiretrovirus terapiyası alır.

Yoluxma  yoluna  nəzərə salsaq, görülən hadisələrin 49,6 %-nin cinsi yolla ötürüldüyü bildirilir. Yoluxanların çox faizi kişilərdir. Diaqnoz qoyulan insanlar arasında 25-29 yaş arasındakılar digər yaş qruplarından daha çoxdur. İllər keçdikcə HİV yayılma tendensiyasında bir artım var.

 

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır
  • Xüsusi bir hazırlıq tələb olunmur.
  • Stasionara hospitalizasiya olunduqda
  • Hamiləlik zamanı
  • Risk qruplarının skrininqi zamanı
  • İşə qəbul zamanı

Pozitiv nəticə infeksiyaya yoluxma ehtimalı olduğunu göstərir. Ətraflı məlumat üçün həkimə yaxınlaşmaq lazımdır. Diaqnozun dəqiqləşdirilməsi üçün başqa testlər də istək edilə bilər.