Parvovirus B19 IgM

0 Azn

IgM sinifi anticisimlər  kəskin infeksiyanın markeridir. Onlar infeksiyadan sonra 10 gündən 3-5 aya qədər olan dövrdə qanda aşkar edilir.

Parvovirus B19 infeksiyası olduqca yoluxucu, daha çox uşaqlarda görülən xəstəlikdir. Törədici DNT tərkibli viruslara aiddir. Infeksiya adətən qışın sonu, yazın əvvəli baş verir. 70% hallarda 5 ilə 15 yaş arası uşaqlarda rast gəlinsə də, parvovirus B19 infeksiyası kiçik yaşda uşaqlarda və böyüklərdə də rast gəlinə bilər.

İnkubasiya dövrü bir neçə gündən 2-3 həftəyə qədərdir. Uşaqlarda parvovirus infeksiyası eritema, hər iki yanağın xarakterik qızartısına və gövdə və ətraflarda retikulyar səpgilərə səbəb olur. Bəzi hallarda səpgi bir neçə həftə davam edə və ya təkrarlana bilər. Günəş işığına, güclü istilik və ya stressə məruz qaldıqda arta bilər.

Uşaqlarda parvovirus infeksiyasının digər əlamətləri aşağıdakılar ola bilər:

  • Hərarət;
  • Qarın ağrısı;
  • Baş ağrısı;
  • Burun axması;
  • Halsızlıq.

 

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır. 
  • Qida qəbulundan 4 saat sonra qan götürülməsi tövsiyə olunur.
  • Müayinədən 30 dəqiqə əvvəl siqaret çəkməyin.
  • yoluxucu eritema səbəblərinin differensial diaqnostikası üçün;
  • immunçatışmazlığı olan xəstələrdə (HİV-ə yoluxmuş, donor orqanların resipiyentlərində) kəskin və ya xroniki anemiyanın səbəblərinin diaqnostikası üçün;
  • hamilə qadınlarda parvovirus infeksiyasının diaqnozu və dölün patologiyası riskinin qiymətləndirilməsi üçün;
  • hemolitik anemiyanın anadangəlmə formaları olan xəstələrdə keçici aplastik böhranın səbəblərini aydınlaşdırmaq;
  • subfebril temperatur, artralgiya, kiçik oynaqların simmetrik artriti olan uşaqlar;
  • naməlum mənşəli poliartropatiyalar, miokardit;
  • hamilə qadının parvovirusa yoluxmuş şəxslərlə təmasda olması;
  • hamiləliyi planlaşdırarkən.

 

Müsbət nəticə:

  • kəskin infeksiya.

Mənfi/şübhəli nəticə:

  • infeksiya olmaması;
  • xəstədə zəif immun reaksiya;
  • aşağı anticisim səviyyələri.

Alınan nəticələrin təhlili həkim tərəfindən anamnez məlumatları, klinik məlumatlar və digər müayinələrin nəticələri ilə birlikdə həyata keçirilir.