Rubella virusu məxmərəyin törədicisidir. Kəskin virus infeksiyasıdır. Əsasən uşaqlar, nadir halda isə böyüklər də yoluxur. Məxmərəyin əsas təhlükəsi hamilə qadınlar üçündür, çünki döldə inkişaf qüsurlarına və hətta bətndaxili dölün ölümünə də səbəb ola bilər. Ona görə də hamiləlik planlaşdırılmasında Rubellaya qarşı antitellərin yoxlanması olduqca vacibdir. Rubella IgG antitelləri keçirilmiş infeksiyanı və ya ona qarşı immuniteti göstərir.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Analiz üçün xüsusi bir hazırlıq tələb olunmur
- Məxmərək xəstəliyinə qarşı immunitetin yoxlanması
- Keçirilmiş infeksiyaların təyini
- Peyvənd olunmamış və infeksiyanı keçirməmiş şəxslərin təyini
- Hamiləliyin planlaşdırılması
- Hamilə qadında məxmərək əlamətlərinin müşahidə olunması zamanı: qızdırma, səpgilər və s.
- Körpədə anadangəlmə inkişaf qüsurları zamanı (əgər ana hamiləlik zamanı məxmərəyə yoluxmuşsa)
Müsbət nəticə
- Hazırki və ya keçirilmiş infeksiya
- Məxmərəyə qarşı immunitet