Sifilisə qarşı total antitellərin təyinidir. Sifilislə erkən yoluxmanın diaqnostikası üçün skrininq testidir. Sifilisin törədicisi Treponema Pallidum bakteriyalarıdır. Sifilis xroniki zöhrəvi infeksion xəstəlikdir. Daha çox cinsi yolla yoluxur, həmçinin sifilisli anadan dölə keçməsi də mümkündür.
Sifilis müalicə olunmadıqda ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilir. Sifilisin bir-neçə mərhələsi vardır. Birincili mrəhələ yoluxmadan 2-3 həftə sonra özünü göstərir. Bədəndə bərk şankr olaarq adlandırılan xoralar yaranır. Bu xoralar xəstə insanda olan bərk şankrla təmas edən hissələrdə (məsələn penis və ya vagina) formalaşırlar. Adətən bərk şankr ağrısız olur, 4-6 həftə sonra öz-özlüyündən keçir. Əgər düz bağırsaq və ya uşaqlıq boynunda formalaşmışsa ümumiyyətlə nəzərdən qaça bilər.
İkincili sifilis bərk şankrın yaranmasından 2-8həftə sonra başlayır. Bu mərhələ dəridə rozeola-papula səpgilərinin yaranması ilə xarakterizə olunur. Səpgilər daha çox ovucda və ayaqaltında yerləşir. Bəzən qızdırma, əzginlik, limfa düyünlərinin böyüməsi, boğazda ağrı da müşahidə olunur. Əgər pasiyent müalicə olunmasa sifilis gizli formaya keçib illərlə qala bilir.
15% müalicə almayan xəstələrdə üçüncülü sifilis yaranır. İllərlə davam edə bilən bu mərhələ sonda psixiki xəstəliklərə, korluğa, ürək xəstəliklərinə, nevroloji problemlərə və hətta ölümə gətirib çıxara bilir.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Analiz üçün xüsusi bir hazırlıq tələb olunmur
- Sifilisin simptomları zamanı
- Pasiyent cini yolla keçən digər bir infeksiyadan müalicə alırsa
- Hamiləlik zamanı skrininq
- Pasiyentdə qeyri-spesifik simptomlar zamanı differensial diaqnostika üçün
- Əgər pasiyent sifilisə yoluxmuşsa sifilis analizi müalicənin uğurıu olmasına əmin olmaq üçün 3,6,12 və 24 ay sonra təkrar verilməlidir.
Müsbət nəticə
- əvvəl seronegativ olan pasiyentdə müsbət nəticə və 7 gün intervalla antitellərin titrinin yüksəlməsi briincili yoluxmadan xəbər verir.
- Yenidpğulmuşlarda antitellərin aşkarlanması anadangəlmə sifilis diaqnozu qoymağa imkan verir.
- Həmçinin gizli və 3cülü sifilis zamanı da müsbət nəticə alına bilər.
Mənfi nəticə
- Yoluxma yoxdur.
- Yoluxmanın erkən müddətində hələ immun cavab formalaşmamışdır.