Göyöskürək sürətlə inkişaf edən yoluxucu respirator infeksiyon xəstəlikdir. Hər yaşda baş verə bilər, lakin 1 yaşından kiçik körpələrdə göyöskürək (boğmaca) ciddi ağırlaşmalara səbəb ola bilir. Göyöskürəyin törədicisi Bordetella pertussis bakteriyasıdır. Xəstə şəxslə birbaşa təmas zamanı hava-damcı yolu ilə yayılır.
Göyöskürək bəzi ağırlaşmalara səbəb ola bilər. Məsələn:
- Pnevmoniya;
- Tənəffüs çatışmazlığı;
- Qabırğa sınıqları;
- Düz bağırsağın prolapsı;
- İştahsızlıq;
- Çəki itkisi;
- Böyrək problemləri;
- Beyin zədələnmələri və ölüm;
- Dehidrasiya;
- Kəskin ensefalopatiya;
- Qıcolmalar.
Göyöskürəyin inkubasiya müddəti 2-14 gündür. Xəstəlik 3 mərhələdə inkişaf edir və ümumiyyətlə 6-8 həftə davam edir.
1. İlkin kataral faza soyuqdəymə simptomları, yüngül öskürək ilə xarakterizə olunur. Xəstəlik bu zaman xüsusilə yoluxucudur.
2. Paroksizmal faza paroksizmal öskürək, öskürəkdən sonra qusma ilə xarakterizə olunur.
3. Rekonvalensiya fazası 10 həftəyə qədər davam edə bilər və bu dövr çox vaxt “100 günlük öskürək” adlandırılır.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Son qida qəbulundan 4 saat keçməsi tövsiyə olunur.
- Müayinədən 30 dəqiqə əvvəl siqaret çəkməyin.
Göyöskürəyin klinik təzahürləri olduqda
- quru öskürək
- fit səsini xatırladan nəfəs
- qusma
- nazolabial üçbucağın siyanozu
- akrosiyanoz
- zəiflik
- burun axması
Kəskin respirator xəstəliklər ilə differensial diaqnostikada.
- qızılca
- bronxit
- pnevmoniya
- bronxial astma
Göy öskürək xəstələri ilə yaxın təmasda olan şəxsləri müayinə edərkən.
Müsbət nəticə
- göy öskürək;
- Bordetella pertussis patogeninin səbəb olduğu kəskin və cari infeksiya;
- Son zamanlarda keçirilmiş infeksiya;
- peyvənddən sonra erkən immun reaksiya;
- tipik klinik təzahürlər olmadıqda boğmacanın yüngül, silinmiş və ya atipik formaları.
Mənfi nəticənin səbəbləri:
- göy öskürək yoxdur;
- immun reaksiyanın olmaması və ya azalması;
- antikor sintezinin olmaması;
- səmərəsiz göyöskürək peyvəndi;
- peyvənddən sonra immunoloji reaksiyanın azalması;
- yanlış mənfi və ya qeyri-spesifik nəticələr.