Qeyri-düz kumbs reaksiyası (indirekt antiglobulin test-İAT) qan dövranımızda olan və eritrositlərə qarşı meydana gələn əkscisimləri araşdırmaq üçün istifadə edilir. Qanımızda eritrosit əkscisimlərinin yaranmasının ən əsas səbəblərindən biri qan köçürülməsi zamanı və ya hamiləlikdə özünüzə aid olmayan eritrositlərə məruz qalmanızdır.
Normalda eritrositlərin üzərində antigenlər mövcuddur. Eritrositlərin üzərində ana və atanızın qanları ilə müəyyən olunan fərdi antigenlərə sahibsiniz. İnsan eritrositləri üzərində əsasən iki antigen A və B antigenləri olur. Qanınız bu antigenlərin varlığı və ya yoxluğuna görə qruplandırılır. Digər bir antigen ,D antigeni Rh faktordur. Əgər eritrositlərin üzərində bu antigen varsa Rh pozitiv, yoxdursa Rh neqativdir. Bunlarda əlavə olaraq az bilinən Kell, Lewis və Kidd qan qruplardı kimi bir çox başqa eritrosit antigenləri də mövcuddur.
Eritrositlərə qarşı əkscisim əmələ gətirməmizin bir neçə müəyyən səbəbi mövcuddur:
Qan köçürülmədən sonra
A və B eritrosit antigenlərinə yönləndirilmiş əkscisimlər , antigenə məruz qalmadan təbii yolla meydana gətirdiyimiz əkscisimlərdir. Qan köçürmədən öncə ciddi transfuziya reaksiyasının meydana gətirməmək üçün ABO və Rh qan qruplarınız yoxlanılır. Əkscisimləriniz qan verənin qan hüceyrələri ilə reaksiyaya girib onları yox etməməsi üçün qan verənin qanı ilə sizin ABO qrupu və Rh faktorunuz eyni olmalıdr. Lakin qan nəqli olubsa orqanizm xarici maddə olaraq tanımadığı (mis:Kell və Kidd qan qrupları) digər qan qruplarının antigenlərini tanıya bilər. Daha sonra əkscisimlər meydaba gətirə bilərsiniz. Bu əkscisimlər qan verənin eritrositlərinin üzərində olan antigenlərə birlə bilər. Bir neçə dəfə qan nəqli olanlar daha çox eritrosit antigeninə məruz qaldığından eritrositlərə qarşı əkscisimlər meydana gətirmə ehtimalları daha çoxdur.
Ana və uşaq qrup uyğunsuzluğu
Uşağa genetik olaraq atasından , anasının eritrositlərinin üzərində olmayan antigenlər keçə bilər. Ana , hamiləlik və ya uşağın bəzi hüceyrələrinin plasentadan ayrılan zaman ananın qan dövranına keçdiyi doğum zamanı uşağın eritrositlərinin üzərindəki xarici antigenlərə məruz qala bilir. Ananın orqanizmi bu xarici antigenlərə qarşı əkscisimlər yaratmağa başlayır. Bu vəziyət adətən ilk uşaqda deyil, daha sonrakı hamiləliklərdə görülür, ananın əkscisimlərinin plasentadan keçməsi ilə uşağın eritrositlərinə yapışaraq onları hemoliz etməklə uşağın hemolitik xəstəliyinə səbəb ola bilir. Qeyri düz kumbs reaksiyası ananın eritrosit əkscisimləri meydana gətirib gətirmədiyini müəyyən etmək üçün olunan testdir.
Qan nəqli yolu ilə və ya hamiləlikdə ilk dəfə xarici eritrosit antigeninə məriz qaldıqda əkscisimlər ifraz edilməyə başlanır. Lakin ilk dəfədə hüceyrələr xarici eritrositləri məhv etməyə yetəcək qədər zamanı olmur. Daha sonrakı qan nəqli və ya hamiləlik zamanı immun sistem yetəri miqdarda əkscisim ifraz edib qan nəqlindən və ya uşaqdan gələn eritrositlərə bağlanaraq onları hemoliz edəcək qədər güclü olur.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Mütləq 12-14 saat aclıqdan sonra yoxlanmalıdır.
- Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
- Anti-Rh əkscisim testi əsasən Rh faktoruna qarşı əkscisimlərin varlığını müəyyən etmək üçün istifadə olunur. Rh-mənfi ana və Rh-pozitiv atanın Rh + körpəsi ola bilər və körpənin qırmızı qan hüceyrələrinin hamiləlik və doğuş zamanı ananın qan dövranına daxil olması mümkündür. Ananın orqanizmi xarici Rh + eritrositlərinə cavab olaraq anti-Rh əkscisimları istehsal edir. Bu ananın gələcək övladları üçün təhlükədirlər. Hamiləlikdən əvvəl və ya hamiləlik dövründə hər bir qadın Rh faktoru üçün test edilməlidir. Qanın Rh-nın mənfi olub olmadığını müəyyənləşdirməyə kömək edən bu testlə Rh mənfi qadının Rh + qırmızı qan hüceyrələrinə əkscisim yaranıb yaranmadığını bilməlidirlər.
- İmmunoglobulin inyeksiyasının təyin olunması üçün
- Fetal eritrositlər Rh-mənfi olan hamilə qadının qanı dövranına daxil ola bilirsə, hamiləlik, ektopik hamiləlik, süni doğuş və ya düşük, fetal sidik kisəsinin perforasiyası, qarın travması, dölün vəziyyətində süni dəyişiklik varsa
- Rh-pozitiv bir körpə dünyaya gətirən və immunoglobulin inyeksiyası ilə müalicə olunan Rh-mənfi bir qadnın, Rh + qırmızı qan hüceyrələrinə qarşı əkscisimların olub olmadığını müəyyən etmək üçün
Pozitiv nəticə
Əkscisimciklərin aşkar edilməsini göstərir, yəni Rh-konflikt ehtimalı var.
Neqativ nəticə
Əkscisimlər aşkar edilməyib, Rh konflikt ehtimalı azdır.