D-dimer trombəmələgəlmənin və fibrinolizisin markeridir. D-dimerin yüksəlmiş səviyyəsi koaqulyasiyanın aktivləşməsi ilə əlaqəli müxtəlif vəziyyətlərdə (Disseminasiya olunmuş damar daxili laxtalanma, dərin venaların trombozu, ağciyər tromoemboliyası, toxumaların massiv zədələnməsi və ya cərrahi əməliyyatlar, ürək çatışmazlığı, infeksiyalar, iltihabi proseslər, neoplastik vəziyyətlər və s.) müşahidə olunur. Qanda D-dimerin konsentrasiyasına trombun artması, antikoaqulyantların qəbul olunması, D-dimerin səviyyəsinin artmasına səbəb olan trombolitik terapiya təsir edir.
Hamilə qadınlarda hamiləliyin erkən aylarından başlayaraq D-dimerin səviyyəsi mütəmadi olaraq artmağa başlayır. Nəzərə çarpacaq dərəcədə D-dimerin səviyyəsinin artması hamiləliyin ağırlaşması zamanı (preeklampsiya), həmçinin şəkərli diabet, böyrək xəsətəlikləri olan hamilələrdə də müşahidə olunur.
Qanın səhər acqarına, axşam yeməyindən 8-14 saat sonra (su içmək olar) və ya yüngül qida qəbul etdikdən 4 saat sonra götürülməsi tövsiyə edilir. Qanən götürülməsi ərəfəsində psixoemosiaonallığın və fiziki yükün azaldılmasını, spirtli içki qəbulunun istisnasını təmin etmək lazımdır.
- Trombotik vəziyyətin diaqnostikası
- Dərin venaların trombozu
- Ağciyər emboliyası
- Disseminasiya olunmuş damar daxili laxtalanma
- Hamiləlik dövrünün ağırlaşması
- Trombolitik terapiyanın monitorinqi
D-dimer səviyyəsinin artması:
- Arterial və venoz tromblar (həmçinin, dərin venaların trombozu, ağciyər arteriyasının tromboemboliyası)
- Disseminasiya olunmuş damar daxili laxtalanma
- İnfeksiya, sepsis
- İltihab
- Qaraciyər xəstəliyi
- Geniş əhatli hematoma
- Hamiləlik
- Cərrahi müdaxilə
- 80 yaş yuxar
- Onkoloji xəstəliklər
- Trombolitik terapiya