DHEA-SO4 dehidroepiandrosterosulfat

23 Azn

DHEA-S (dehidroepiandrosteron-sulfat) Böyrəküstü vəzinin androgen hormonudur. Böyrəküstü vəzin qabıq maddəsində sintez olunur.  Bu hormonun səviyyəsi  böyrəküstü vəzinin androgen-sintetik aktivliyinin göstəricisidir. DHEA-nın androgen aktivliyi zəifdir, lakin periferik toxumalarda onun metabolizmindən testosteron və dihidrotestosteron əmələ gəlir.

Cinsi yetkinlik dövründə DHEA səviyyəsi yüksəlir, insan reproduktiv dövrdən çıxdıqca azalır. Hamiləlik dövründə həmçinin azalır.

 

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
  • Androgenital sindrom
  • Böyrəküstü vəzin şişləri
  • Ektopik AKTH sintez edən şişlər
  • Adəti düşüklər
  • Dölün hipotrofiyası
  • Feto-plasentar kompleksin diaqnostikası (12-15 həftədən)

DHEA səviyyəsinin yüksəlməsi

  • Androgenital sindrom
  • Böyrəküstü vəzin şişləri
  • Ektopik AKTH sintez edən şişlər
  • Kuşinq xəstəliyi
  • Feto-plasentar çatışmazlıq
  • Qadınlarda hirsutizm
  • Bətndaxili dölün ölüm təhlükkəsi

DHEA səviyyəsinin azalması

  • Dölün böyrəküstü vəzilərinin hipoplaziyası
  • Bətndaxili infeksiya
  • Hestagenlərin qəbulu