AMH reproduktiv periodda olan qadınlarda ovarial rezerv markeridir. Kişilərdə isə prepubertat dövrdə testikulyar funksiyasının göstəricisidir.
Qadınlar: AMH qadınlarda yumurtalıqlarda sintez olunur. Hesab edilir ki, AMH ekspressiyasının dəyişməsi follikulların seçilməsi prosesində vacib rol oynayır. Çünki AMH olmadığı zaman follikullar FSH-a daha həssas olurlar. AMH ovarial rezervin kəmiyyət markeri olmaqla yumurtalıqların ovulyasiyanın stimulyasiyasına olan cavabını proqnozlaşdırmaq üçün köməkçi reproduktiv texnologiyalar kompleksində istifadə oluna bilər. Tədqiqatlar göstərir ki, AMH digər analizlərlə (FSH, inhibin B, estradiol) müqayisədə böyük proqnostik əhəmiyyətə malikdir. AMH qonodotropinlərlə idarə olunmur, əks əlaqə zəncirində iştirak etmir, yalnız follikulların populyasiyasını əks etdirir.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
- Müayinədən 3 gün əvvəldən fiziki gərginlik, bilavasitə müayinə öncəsi psixoemosional gərginlik və alkoqol qəbulu olmamalıdır.
- Analizin verilmə vaxtı menstrual tsikldən asılı deyildir.
- Yumurtalıqların ovulyasiyanın stimulyasiyasına olan cavabını proqnozlaşdırmaq üçün köməkçi reproduktiv texnologiyalar kompleksi
- Yumurtalıqların qranulezohüceyrəli şişlərinin təyini
- İnterseksual pozğunluqların differensial diaqostikası
- Prepubertat dövrdə kişilərdə testikulyar funksiyanın qiymətləndirilməsi
AMH səviyyəsinin yüksəlməsi
Qadınlar
- Yumurtalıqların polikistozu sindromu
- Normoqonadotrop anovulyator sonsuzluq
- Yumurtalıqların qranulezohüceyrəli şişləri
Kişilər
- Cinsi inkişafın ləngiməsi
- Antiandrogen terapiya
- Androgen sintezinin defekti, androgenlərə rezistentlik
- Qonadotrop hipoqonadizm
AMH səviyyəsinin azalması
Qadınlar
- Yaşla əlaqəli ovarial rezervin azalması
- Piylənmə
- Yumurtalıqların çatışmazlığı ( o cümlədən kimyaterapiya sonrası)
Kişilər
- AMH geninin mutasiyası
- Pubertat dövrü zamanı-vaxtından öncə cinsi inkişaf
- Androgen səviyyəsinin yüksəlməsi
- Anorxizm
- Neobstruktiv azoospermiya