3-lü test (20-21ci həftə, tək döl)

148 Azn

3-lü test zamanı qanda aşkar edilən maddələr: alfa-fetoprotein (AFP), insan xorionik gonadotropini (hCG) və estriol (E3).

1. AFP körpə qaraciyəri tərəfindən istehsal olunan bir proteindir. Hamiləlik dövründə ananın qanında tədricən yüksəlir.

2. hCG plasentada istehsal olunan bir hormondur. Hamiləliyin ilk dövrlərindən yüksəlməyə başlayır.

3. E3 həm körpə, həm də plasenta tərəfindən istehsal olunan bir hormondur.

  • Analizdən 24 saat əvvəl yağlı qidaları diyetdən xaric edin.
  • Analizdən 30 dəqiqə əvvəl fiziki və emosional stressi aradan qaldırın.
  • Müayinədən 30 dəqiqə əvvəl siqaret çəkməyin.
  • 24 saat ərzində olunmuş USM nəticəsi ilə yaxınlaşmaq lazımdır.
  • 35 yaş və yuxarı qadınlarda
  • Hamiləlik dövründə zərərli dərman və ya həb istifadə edənlər
  • diabeti olanlar
  • Hamiləlik dövründə virus infeksiyası keçirənlər
  • Ailədə anadangəlmə qüsurları olanlar
  • Anadangəlmə qüsurlu uşağı olanlar

 

Üçlü skrininq testi Daun Sindromu, Edvard sindromu, Patau (trisomiya 13) və sinir borusu qüsurları üçün artan risk olub-olmaması barədə məlumat verir və həkim tərəfindən dəyərləndirilir.