Eritropoetin əsasən böyrəklərdə istehsal olunan bir hormondur. Qanda oksigen səviyyəsi aşağı endiyində (hipoksiya) zamanı ifraz olunur. Buradan eritropoetin sümük iliyinə daxil olur, burada kök hüceyrələrin qırmızı qan hüceyrələrinə çevrilməsini stimullaşdırmağa kömək edir. Qırmızı qan hüceyrələrinin tərkibindəki hemoqlobin ağciyərlərdən orqan və toxumalara oksigen daşıyan zülaldır. Normada eritrositlərin yaşama müddəti 90-120 gün təşkil edir.
Normada qanda dövr edən eritrositlərin sayı stabil qalmalıdır. Bu balans pozulduqda anemiya yaranır. Sümük iliyində eritrositlərin sayı normadan aşağı istehsal olunduğunda, kəskin qanaxmalar və digər problem zamanı orqanlara oksigen daşınması prosesi pozulur. Buna qarşılıq olaraq, orqanizm eritropoetin ifraz etməyə başlayır.
- Sonuncu qida qəbulu müayinədən 8-14 saat öncə olunmalıdır.
- Müayinədən 24 saat öncə dərman preparatlarının qəbulunu məhdudlaşdırmaq.
- Müayinədən öncə fiziki və emosional gərginlikdən çəkinmək.
- Müayinədən 30 dəqiqə öncə siqaretdən istifadə etməmək.
- Anemiya dəmir, vitamin B12 və ya fol turşusu çatışmazlığı, hemoliz və ya qan itkisi ilə əlaqədar olmadıqda.
- Qırmızı qan hüceyrələri, hemoqlobin və hematokrit azaldıqda və retikulositlər normal və ya ondan aşağı olduqda.
- Anemiya səbəblərinin differensiya etmək üçün.
- Xroniki böyrək çatışmazlığının olub olmadığını öyrənmək istədikdə.
- Polisitemiyanın (eritrositlərin normadan artıq istehsalı) səbəblərini öyrənmək məqsədilə.
Nəticələrin normadan aşağı olması:
- Dəmir çatışmazlığı anemiyalarında;
- Anemiyalar;
- Sümük iliyinin onkoloji xəstəlikləri zamanı;
- Kimyaterapiyadan sonra;
- Dəniz səviyyəsindən çox yüksək ərazidə yaşayan şəxslərdə;
- Hamiləlikdə.
Nəticələrin normadan çox aşağı olması:
- Böyrəklərdə kista;
- Böyrək transplantının uyğunsuzluğu;
- Böyrəyin adenokarsinoması - bədxassəli şiş;
- Feoxromositoma – mütəmadi qan təzyiqinin yüksəlməsi ilə səciyyələnən xoşxassəli şiş;
- Beyincikdə şişlər;
- Polikistik böyrək xəstəliyi;
- Digər orqanların şişləri (yumurtalıqlar, xayalar, süd vəzisi və s.)
Nəticələrin yüksək olması:
- Revmatoid artrit;
- Çoxsaylı miyelom xəstəliyi.
Nəticələrin çox yüksək olması:
- Birincili polisitemiya – eritrositlərin normadan artıq istehsal olunması;
- Sümük iliyinin transplantasiyası;
- Xroniki böyrək çatışmazlığı.