Progesteron yumurtalıqların sarı cisminin steroid hormonudur, hamiləliyin normal gedişi üçün mütləq olan bir hormondur.
Progesteron yumurtalıqlarda və az bir miqdarda böyrəküstü vəzdə LH hormonunun təsiri altında sintez olunur. Hamiləliyin I trimesterində və II trimesterin əvvəlində progesteron ana orqanizmi tərəfindən sintez olunur, II trimesterin sonundan progesteron cift tərəfindən sintez olunmağa başlayır.
Progesteron uşaqlığın endometriumunu mayalanmış yumurtahüceyrənin implantasiyasına hazırlayır, implantasiyadan sonra isə hamiləliyin saxlanmasına xidmət edir. Hamilə qadınlarda progesteron artmaqla 7-8ci həftəyə 2qat səviyyəyə çatır, daha sonra 37-38-ci həftəyədək tədricən yüksəlir.
Hamiləlikdən kənar progesteron sintezi ovulyasiyaöncəsi periodda yüksəlməyə başlayır, lütein fazanın ortasında maksimuma çatır, tsiklin sonunda başlanğıc səviyyəyə düşür.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
- Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
- Müalicə həkimi tərəfindən başqa cür qeyd edilməmişdirsə menstrual tsikli olan qadınlarda analiz tsiklin 22-23cü günündə yoxlanılır.
- Mentrual tsiklin pozğunluqlarının, müxtəlif amenoreyaların səbəbinin öyrənilməsi
- Sonsuzluq
- Disfunksional uşaqlıq qanaxması
- Hamiləliyin 2-ci trimesterində ciftin vəziyyətinin dəyərləndirilməsi
Progesteron səviyyəsinin yüksəlməsi
- Disfunksional uşaqlıq qanaxması
- Bəzi növ ikincili amenoreyalar
- Döl-cift kompleksinin disfunksiyası
- Ciftin gec yetişməsi
- Böyrək çatışmazlığı zamanı progesteronun xaric olunmasının pozulması
- Klomifen, kortikotropin, ketokonazol, mifepriston, valproy turşusu, tamoksifen kimi preparatların qəbulu
Progesteron səviyyəsinin azalması
- Daxili cinsiyyət orqanlarının xroniki iltihabı
- Anovulyator disfunksional uşaqlıq qanaxması
- Birincili və ikincili amenoreyanın müxtəlif formaları
- Cift çatışmazlığı
- Dölün bətndaxili inkişafının ləngiməsi
- Ampisillin, karbamazepin, siproteron, danazol, epostan, estriol, pravastatin kimi preparatların qəbulu