Sərbəst T3 (triyodtironin) qalxanabənzər vəzi tərəfindən siztez olunan hormondur. Toxumalar tərəfindən oksigenin mənimsənilməsi və maddələr mübadiləsini stimulə edir. T3-ün çox hissəsi orqanizmdə zülallarla birləşmiş şəkildə, az bir hissəsi (0,2-0,5%) isə sərbəst şəkildə olur və qanda dövran edir.
T3 T4-dən daha aktivdir, lakin qanda miqdarı daha azdır. Qaraciyərdə A vitamini sintezini stimulə edir. Qanda xolesterin və triqliseridlərin miqdarını azaldır, zülal mübadiləsini tezləşdirir. Kalsiumun sidiklə ekskresiyasını sürətləndirir, sümük toxuması mübadiləsini aktivləşdirir. Ürəyə müsbət xrono- və inotrop təsiri vardır.
11-15 yaşında T3 konsentrasiyası yetkin insanlardakı səviyyəyə çatır. Hamiləlik zamanı I trimestrdən III trimestrə T3-ün miqdarının azalması müşahidə olunur. Doğuşdan 1 həftə sonra artıq miqdarı normallaşır. Ümumilikdə qadınlarda kişilərə nisbətən miqdarı 5-10% daha aşağı olur. Sərbəst T3 miqdarı fəsildən asılı olaraq dəyişir – maksimal səviyyə sentyabr-fevral, minimal səviyyə yay ərəfəsinə təsadüf edir.
- Analizlər dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır
- Səhər 8-14 saat aclıqdan sonra analiz verilməlidir (su içmək olar)
- Yüngül qida qəbulundan 4 saat sonra analiz verilə bilər.
- Dinamikanın kontrolu üçün analiz həmişə eyni vaxtda verilməlidir.
- Qalxanabənzər vəziyə olan hər-hansı bir müdaxilə analizin nəticəsinə təsir edə bilər
- Qalxanabənzər vəzi xəstəliklərinin differensial diaqnostikası
- İzolə olunmuş T3 toksikozunun kontrol müayinəsi
T3 səviyyəsinin artması:
- Tireotropinoma
- Toksik ur (zəhərli zob)
- T3 toksikozu ( izolə olunmuş)
- Tireoiditlər
- Tireotoksik adenoma
- Tireoid hormonlarına rezistentlik sindromu
- TSH asılı olmayan tireotoksikoz
- Doğumdan sonra yaranan qalxanabənzər vəzin disfunksiyası
- disfunksiyası
- Xoriokarsinoma
- Mieloma İg G yüksək səviyyədə
- Nefrotik sindrom
- Hemodializ
- Qaraciyərin xroniki xəstəlikləri
T3 səviyyəsinin azalması:
- ağır (qeyri-tireoid) Somatik və psixiki xəstəliklər
- Orqanizmin ağır xəstəlikdən sonra bərpası zamanı
- Birincili,ikincili və üçüncülü hipotireoz
- Zülal pəhrizi və az kalorili pəhriz
- Qadınların ağır fiziki yük
- Bədən çəkisinin itirilməsi
- Amiiodaron qəbulu,yüksək dozada propranolol,yod tərkibli rentgenkontrast maddələr
- Kompensə olunmamış birincili böyrəküstü vəzi çatışmazlığı