Beta-2-qlikoprotein 1 qan laxtalanma funksiyasının pozulmalarında yaranan anticisimdir. Qırmızı qan hüceyrələrinin (eritrositlərin) divarlarında olan fosfolipid qatına qarşı yönəldiyindən anti-fosfolipid anticisimləri, kardiolipin, qurdeşənəyi antikoaqulyant analizləri ilə birlikdə müayinə olunur. Təsir mexanizmi hələ tam aydın müəyyən olunmasa da, arteriya və venalarda tromblaşmaya səbəb olur.
Adətən antifosfolipid sindromu (APS) adlanan autoimmun xəstəlikdən əziyyət çəkən insanlarda müşahidə olunur. Bu xəstəlik qan laxtalanma prosesinin pozulması, trombosit miqdarının kəskin azalması, preeklampsiya (hamiləlik zamanı təzyiqin qalxması və sidikdə zülalların aşkar olunması) və xüsusilə 1-ci və 2-ci trimestrdə hamiləliyin qeyri-ixtiyari kəsilməsi kimi fəsadlara gətirib çıxarır. Həmçinin sistem qırmızı qurdeşənəyi xəstəliyin diaqnostikasında istifadə olunan müayinə metodudur.
Laboratoriyada Beta-2-qlikoprotein 1 anticisminin üç forması analiz olunur: IgG, IgM, və IgA. Müayinə zamanı IgG və IgM nəticələri mənfi çıxarsa, lakin antifosfolipid sindromunun əlamətləri müşahidə olunarsa, bu halda IgA formadan şübhələnmək lazımdır.
- Son qida qəbulundan 2 saat sonra.
- Müayinədən 3 saat öncə siqaretdən istifadə etməmək.
- Müayinədən 1 saat öncə fiziki və emosional gərginlikdən çəkinmək.
- Antifosfolipid sindrom
- Qeyri-müəyyən qan laxtalanmaları
- Qeyri-ixtiyari hamiləliyin kəsilməsi
Nəticələrin müsbət olması:
- Antifosfolipid sindrom
Nəticələrin mənfi olması xəstəliyin olmamasından xəbər verir.