İmmunoqlubulinlər orqanizmin immun sisteminin əsas komponentlərindən biridir. Orqanizmə daxil olan yad cisimlərdən, bakteriya və viruslardan qoruyan zülallardır. Ümumilikdə immunoqlobulinlərin 5 növü (IgG, IgM, IgA, IgE, IgD) mövcuddur.
A sinfi immunoqlobulinlər antigenin yerli təsirinə cavab olaraq əsasən selikli qişaların plazmatik hüceyrələri tərəfindən sintez olunan immunoqlobulinlərdir. Qanda ümumi immunoqlobulinlərin 10-15%-ni təşkil edir. İki tip formada mövcüddur – ifraz olunan IgA və zərdab IgA. Bədəndə yarımparçalanma dövrü təxmini 6-7 gündür. İfraz olunan IgA göz yaşı, tər, tüpürcək, ana südü, mədə-bağırsaq sisteminin və bronxların selikli qişa tərkibində olub, infeksiyalardan qorunmağa kömək edir. IgA selikli qişalarda yerli immunitetin formalaşmasında mühim rol oynayır. Mikroorqanizmlərin toxumalara nüfuz etməsinin qarşısını alır və faqositozu (yad cisimlərin immun hüceyrələri tərəfindən parçalanması) gücləndirir.
- Son qida qəbulundan 2 saat sonra.
- Müayinədən 3 saat öncə siqaretdən istifadə etməmək.
- Müayinədən 1 saat öncə fiziki və emosional gərginlikdən çəkinmək.
- Humoral immuniteti müayinə etmək
- İmmun çatışmazlığı diaqnozu
- Böyüklərdə və uşaqlarda ikincili bakterial, viral, göbələk, parazitar yoluxmaların səbəbini öyrənmək
- Autoimmun xəstəliklər zamanı immuitetin vəziyyətini öyrənmək
- İmmunoqlobulin preparatlarının istifadəsinin effektivliyini təyin etmək
Nəticələrin yüksək olması:
- Tənəffüs, mədə-bağırsaq, sidik-cinsiyyət sisteminin kəskin və xroniki yoluxucu xəstəlikləri
- Birincili yoluxmadan sonra sağalma mərhələsi
- İkincili yoluxmanın kəskin dövrü
- Kəskin və xroniki qaraciyər xəstəlikləri (autoimmun hepatit, virus mənşəli hepatit, sirroz, spitli içkilər nəticəsində qaraciyər zədələnmələri)
- Kistik fibroz
- Valdernsterm (Waldenström) xəstəliyi
- Xroniki limfoleykoz
- Limfomalar
- Yoluxucu mononükleoz
- Neyrosifilis
- QİÇS
Nəticələrin aşağı olması:
- 3-5 aylıq körpələrdə fizioloji hipoqammaqlobulinemiya
- Ümumi immun çatışmazlığı
- Agammaglobulinonemiya (Bruton xəstəliyi)
- Hipoqammaqlobulinonemiya
- Leykoz
- Splenoektomiya
- Hiper-IgA sindromu
- Vitamin B12 çatışmazlığı
- Xroniki virus mənşləli xəstəliklər
- Lui-Bar (Louis-Bar) sindromu
- Viskot-Aldriç (Wiskott-Aldrich) sindromu
- Yoğun bağırsağın iltihabi xəstəlikləri
- Nefrotik sindrom