Komplement C4 komponenti yad cisimlərin, bakteriyaların immun hüceyrələri tərəfindən parçalanması olan faqositoz funksiyasında önəmli rol oynayır. Əsasən qaraciyərdə, ağciyərlərdə və sümüklərdə sintez olunur və yalnız klassik yolla aktivləşir. Faqositozun təmin edilməsində, virusların neytrallaşdırılmasında iştirak edir və damar divarının keçiriciliyini artırır. Adətən C4 komponentinin azalması qırmızı qurdeşənəyi xəstəliyi ilə əlaqələndirilir.
- Son qida qəbulundan 2 saat sonra.
- Müayinədən 1 saat öncə siqaretdən istifadə etməmək.
- Müayinədən 1 saat öncə fiziki və emosional gərginlikdən çəkinmək.
- Qırmızı qurdeşənəyi xəstəliyinə şübhələndikdə.
- Autoimmun xəstəliklərin diaqnostikası və monitorinqi üçün.
- Autoimmun xəstəliklərin müalicəsinin dinamik izlənilməsi.
- Müxtəlif mənşəli iltihabi və ikincili bakterial infeksiyalara şübhələndikdə.
- Bədxassəli şişlərə şübhələndikdə.
Nəticələrin yuxarı olması:
- Bədxassəli törəmələr (sarkoma, limfoma)
- Xərçəng
- Yuvenil revmatoid artrit
Nəticələrin aşağı olması:
- C4 komponentinin irsi çatışmazlığı
- Qırmızı qurdeşənəyi
- Xroniki bronxit
- Xroniki aktiv hepatit
- İmmun kompleksli xəstəliklər
- Qlomerulonefrit