Covid 19 ilə kontaktdan sonra 2-3 həftə ərzində virusa cavab olaraq orqanizmdə İgG əkscisimcikləri formalaşır. Buna bənzər olaraq vaksinasiyadan sonra da qanda əkscisimlər yaranır. Aparılan araşdırmalara görə İgG əkscisimcikləri qanda təxminən 6 ay ərzində mövcud olur.
Covid 19 İgG quantitative analizi qanda sadəcə əkscisimciklərin mövcudluğunu deyil, eyni zamanda rəqəm olaraq qanda miqdarını da göstərir. Bunun nəticəsində orqanizmdə koronavirusa qarşı yaranmış əkscisimlərin hazırda qanda olan miqdarını bilirik.
Nəticənin pozitiv olması pasiyentin Covid 19 ilə keçmişdə yolxumasını və ya xəstəliyin artıq son mərhələsində olmasını və ya vaksinasiya nəticəsində yaranmış əksicimcikləri göstərir.
Analizə gəlmədən öncə 2 saat müddətində qida qəbulu tövsiyyə olunmur.
- keçirilmiş infeksiya nəticəsində yaranmış İgG əkscisimciklərinin miqdarını bilmək
- vaksinasiya sonrası yaranmış əksicimciklərin miqdarının təyin olunması
Pozitiv nəticə
- SARS-CoV-2 virusuna (yaxınlarda və ya keçmişdə) məruz qalma səbəbindən immun cavabın olması.
- Vaksinasiya nəticəsində əkscisimciklərin yaranması
Neqativ nəticə
- Analiz olunan patogenə qarşı IgG əkscisimlərin olmaması və ya çox aşağı olması aşağıdakı hallarda mümkündür:
- Keçmişdə SARS-CoV-2 ilə təmasın olmaması.
- İnkubasiya dövrü və infeksiyanın çox erkən mərhələsi (klinik simptomların başlamasından ilk həftə).
- İmmunitet sisteminin funksiyaları pozulmuş xəstələrdə infeksiya və əkscisim reaksiyasının inkişafı gecikdirilə və azalda bilər.
Əkscisimlərin miqdarı keçirilmişş infeksiyadan sonra uzun müddət ərzində aşkar edilə bilməyən səviyyələrə enə bilər (adətən 3-5 aydan çoxdur, əkscisimlərin davam etmə müddəti tam müəyyən edilməmişdir, fərdi olaraq dəyişir).