Nəcisin klinik analizi

21 Azn

    Nəcisin kliniki  müayinəsi (koproqramma) - həzm orqanlarının xəstəliklərin diaqnostikası və müalicə effektinin nəzarəti üçün istifadə olunur

Miqdarı:

Normadan az – hamiləlik, normadan çox-öd axının pozulmasında, nazik bağırsaqlarda kifayyət gədər həzm olmaması (qıcqırma və çürük dispepsiyası, iltihabi proseslər, kolit ilə ishal, yaralı kolit, nazik və yoğun bağırsaqlarda sürətlənmiş evakuasiya.

Normadan çox (1kq və daha artıq) - mədə altı vəzinin çatışmamazlığında (kreatoreya) və ya mədənin fermentativ funksiyasının pozulması nəticəsində.

Konsistensiya: Normada bərk, formalaşmış. Mədə həzmin pozulmalarda da bərk və formalaşmış ola bilər.Mədə altı vəzinin sekresiyanın pozulması və ödün daxil olmaması - məlhəmvari, nazik bağırsaqda kifayət qədər həzm olmaması və yoğun bağırsaqda -maye şəkilli, qıcqırma dispepsiyası, ishal ilə kolit və yoğun bağırsaqdan tezləşdirilmiş evakuasiya-sıyıqvari, qıcqırma dispepsiya-köpüklü, gəbəlik ilə kolit - qoyun şəkilli.

Rəngi. Normada qəhvəyi. Qara və ya qatranşəkilli -mədə - bağırsaq qanaxmalarında, tünd - qəhvəyi - mədə həzmin çatışmamazlığında,çürük dispepsiyasında, qəbzlik, kolit, yara tökmə ilə kolit, yoğun bağırsaqın sekretor funksiyasının artmasında, digər qəbzliklərdə, açıq - qəhvəyi - yoğun bağırsaqdan evakusiyanın sürətlənməsi, qırmızımtıl - yara tökmə ilə kolit, sarı - nazik bağırsaqlarda kifayət qədər həzm olunmaması, qıcqırma dispepsiyası, açıq – sarı - mədə altı vəzisinin çatışmamazlığında, bozumtul – ağ - ödün bağırsaqlara daxil olmaması.

İyi. Normada spesifik, kəskin olmayan. Çürük iyli - mədədə həzmin çatışmamazlığı, çürüklü dispepsiya, qəbzlik ilə kolit, bağırsaqların hərəki pozulmalarında, üfunətli - mədə altı vəzinin sekresiyanın pozulmasında, ödün daxil olmamması, yoğun bağırsaqların artmış sekresiyası nəticəsində, zəif - yoğun bağırsaqda natamam həzm olunması nəticəsində, qəbzlik, nazik bağırsaqdan sürətlənmiş evakuasiya nəticəsində, şiddədsiz - yara tökmə ilə kolit, turş - qıcqırma dispepsiyası, yağ turşulu - yoğun bağırsaqdan sürətlənmiş evakuasiya.

Reaksiya.Normada neytral olmalıdır.

Zəif qələvi - nazik bağırsaqlarda natamam həzm nəticəsində.

Qələvi-mədə həzmin çatışmamazlığında, mədə altı vəzin sekresiyasının pozulması, xoralı kolit, yoğun bağırsaqın sekretor funksiyasının artması, qəbzlik

Kəskin qələvi - çürük dispepsiyası, kəskin turş - qıcqırma dispepsiyası və s.

Sterkobilin.Normada aşkar olunur.

Azalır: parenximatoz sarılıqlarda, xolangitlərdə.

Artır: hemolitik anemiyalarda

Bilirubin. Normada aşkar olunmur. Peristaltikanın artması zamanı, bağırsaqdan sürətlənmiş evakuasiyadan sonra,uzun müddətlə antibiotik və sulfanilamid preparatların qəbulundan sonra aşkar olunur.

Həll olunan zülal. Normada aşkar olunmur. Çürük dispepsiya zamanı, xoralı kolit, yoğun bağırsağın sekretor funksiyasının artması, qanaxmalarda, iltihab proseslərdə qeyd olunur.

Əzələ lifləri. Normada olmamalıdır ya az miqdarda ola bilər. İlk növbədə mədə həzmin çatışmamazlığında, mədə altı vəzinin sekretor funksiyasının pozulması, bağırsaqlarda sorulma prosesin pozulması nəticəsində arta bilər. Nəcisdə əzələ liflərin olması çürük dispepsiya əlamətləri ilə müşayiət olunur.

Birləşdirici toxuma. Mədə həzmin çatışmamazlığında və mədə altı vəzinin funksional çatışmamazlığında qeyd olunur.

Neytral yağlar. Normada olmamalıdır. Adətən mədə altı vəzin sekretor funksiyasının pozulması nəticəsində aşkar olunur.

Yağ turşuları.Normada aşkar olunmur. Ödün daxil olmaması, nazik bağırsaqda həzmin kifayyət qədər olmaması və sürətlənmiş evakuasiyası, qıcqırma dispepsiya, mədə altı vəzinin sekresiyasının azalması və yoğun bağırsaqdan evakuasiyanın sürətlənməsi zamanı müşahidə olunur.

Sabunlar. Normada az miqdarda olur. Nəcisdə həddən artıq miqdarda yağ turşuları üçün xas olan bütün vəziyyətlərdə qeyd olunur, lakin qəbzliyə meyillik ilə bərabər.

Nişasta. Normada aşkar olunmur. Mədəaltı vəzinin sekresiyası pozulması, nazik bağırsaqda natamam həzm, qıcqırma dispepsiyası, yoğun bağırsaqdan evakusiyasının sürətlənməsi, mədə həzmin çatışmamazlığı zamanı aşkar edirlər.

Yodofil flora. Normada aşkar olunmur. Nazik bağırsaqda natamam həzm, yoğun bağırsaqdan evakusiyanın sürətlənməsi, qıcqırma dispepsiyası, mədə altı vəzinin sekresiyasının pozulması.

Həzm olan sellüloz. Normada aşkar olunmur. Mədə həzmin çatışmamazlığında, çürük dispepsiyası, ödün daxil olmaması, nazik bağırsaqda natamam həzm, yoğun bağırsaqdan evakuasiyasının sürətlənməsi, qıcqırma dipepsiyası, mədə altı vəzinin sekresiyasının azalması, yaralı kolit zamanı aşkar olunur.

Selik. Xoralı kolit, qıcqırma və çürük dispepsiya, yoğun bağırsaqın sekretor funksiyasının artması, qəbzlik zamanı müşahidə olunur.

Eritrositlər. Normada aşkar olunmur.  Xoralı kolit, dizenteriya, hemoroy, poliplər, düz bağırsaqın çatı zamanı müşahidə olunur.

Qizli qan - mədənin  və on iki barmaq bağırsaqın xora xəstəliyi, mədənin və bağırsaqların bədxassələ törəmələrində müşahidə olunur.

Leykositlər. Normada aşkar olunmur. Xoralı kolit, bağırsaq  şişləri zamanı aşkar olunur.

Kalsi oksalat kristalları. Normada olmamalıdır. Mədəə həzm pozğunluğu zamanı aşkar olunur.

Şarko-Leyden kristalları. Normada aşkar olunmur. Amebiaz dizenteriya zamanı və nəcisə eozinofil granulositlərin daxil olması nəticəsində aşkar olunur.

Hemosiderin kristalları. Normada aşkar olunmur. Bağırsaq qanaxmalardan sonra qeyd olunur.

Helmint yumurtaları. Müxtəlif helmintozlarda aşkar olunur.

Entamoeba hystolytica (dizenteriya amebi). Vegetativ formasını və sistlərini ancaq təzə nəcisdə qeyd edirlər.

Lyambliyalar. Vegetativ formaları və sistləri lyambliyozda qeyd edirlər. Adətən vegetativ formaları ancaq güclü ishal sonra olan nəcisdə qeyd edirlər.

Balantidium coli. Vegetativ formaları və sistləri balantidiaz zamanı qeyd olunur.

Nəcisdə qizli qan. Normada xəstənin düzgün hazırlanmasından sonra, nəcisdə qizli qan aşkar olunmur. Mədənin və on iki barmaq bağırsaqın xora xəstəliyi, qida borusunun, mədənin, bağırsaqların, duodenal məməciyin ilkin və metastatik törəmələrdə, bağırsaqların vərəmi, qeyri-spesifik xoralı kolit, bağırsaqların divarına zədələnən helmintlərin invaziyası ,qara ciyər sirrozu zamanı, dalaq venasının tromboflebiti zamanı qida borusunun venaların genişlənməsi və s. hallarda reaksiya mübət ola bilir.

Nəcisdə bağırsaq qurdların yumurtaları. Normada aşkar olunmur. Bağırsaq qurdların yumurtaların olması invaziya olunan qurdun növünü qeyd etmək olar. (müayinəni təsdiqləmək üçün bir neçə dəfə təkrarlanması məsləhətdir.)

  • Koproloji müayinəyə materialın toplanmasından öncə təmizləyici və müalicəvi imalələr etmək, işlədici preparatlar, aktivləşmiş kömür, Fe, Cu,  Bi preparatları, yağ tərkibli şamlardan istifadə etmək olmaz.
  • Material kolonoskopiya, mədə-bağırsaqların rentgenoloji müayinəsindən ən az 2 gün sonra toplanmalıdır.
  • Materiala sidik və menstrual qanın qarışması yolverilməzdir.
  • Nəcis birdəfəlik, steril, hermetik qapaqlı konteynlərə yığılır.
  •  Sidiyin və xarici cinsiyyət orqanların ifrazatının nəcisə qarışmasına yol vermək olmaz.
  • Material götürüldükdən  sonra  mümkün qədər tez klinikaya catdırılmalıdır (Nümunələr götürüldükdən 8 saatdan çox olmamaq şərtilə ilin soyuq vaxtlarında sərin yerdə, isti vaxtlarda soyuducuda +4-8 ºC temperaturda saxlanıla bilər, lakin bu hallarda  götürülmə vaxtı  bildirilməlidir.)
  • Mədənin xəstəlikləri
  • Nazik və yorğun bağırsaq xəstəlikləri
  • Qaraciyər və sidik kisəsi xəstəlikləri
  • Mədəaltı vəzi problemləri
  • Düz bağırsağın xəstəlikləri
  • Bağırsağın parazitozları