Spermoqramma

29 Azn

Spermoqramma kişi fertilliyinin (mayalandırma qabilliyyətinin)  qiymətləndirilməsi üçün aparılan eyakulyat analizidir.

Bu analiz zamanı eyakulyatın keyfiyyət, kəmiyyət və morfoloji parametrləri təyin edilir. Bu parametrlərə aiddir:  eyakulyatın həcmi, rəngi, pH-ı,  1ml-də spermatozoidlərin miqdarı, normal və patoloji formalı spermatozoidlər və s.  aiddir.

Eyakulyatın fertilliyini ayrılıqda tək parametrlərə görə qiymətləndirmək düzgün deyildir, bütün göstəricilər birlikdə nəzərə alınmalıdır. Kişi sonsuzluğunun diaqnostikası zamanı normadan kənara çıxan nəticələr zamanı 1-2 həftə sonra analiz yenidən verilməlidir.  Patologiyanın səbəbini araşdırmaq üçün androloq-həkimə müraciət olunmalıdır.

  • Analiz masturbasiya yolu ilə toplanmış eyakulyatda yoxlanılır.
  • Analiz birbaşa tibb mərkəzində verilməlidir, əgər evdən gətirilirsə 15 dəqiqə ərzində çatdırılmalıdır. Steril konteynere toplanmalıdır.
  • Analizdən öncə 3-7 gün cinsi əlaqə olmamalıdır.
  • Bu periodda  spirtli içki qəbulu, sauna kimi isti prosedurlar  olmamalıdır.
  • Müayinə günü siqaret çəkilməsi tövsiyyə olunmur
  • Dərmanların qəbulu varsa  həkimlə razılaşdırıldıqdan  sonra analizin verilmə vaxtı təyin edilməlidir.
  • Sonsuzluq
  • Süni mayalanmaya hazırlıq
  • Sonsuzluğa səbəb ola biləcək patologiya – prostatit, varikosele, infeksiya, travma, hormonal pozğunluq
  • Normozoospermiya – spermatozoidlərin ümumi sayı və irəli hərəkətli morfoloji normal spermatozoidlərin sayı referens göstəriciləri ilə müqayisədə normada və ya yüksəkdir.
  • Aspermiya – eyakulyatın olmaması ( və ya retroqrad eyakulyasiya)
  • Astenoteratozoospermiya -  irəli hərəkətli və morfoloji normal spermatozoidlərin miqdarı referens göstəricilərindən aşağıdır.
  • Astenozoospermiya – irəli hərəkətli spermatozoidlərin faizinin referensdən az olmasıdır.
  • Azoospermiya – eyakulyatda spermatozoidlərin olmamasıdır.
  • Hemospermiya – eyakulyatda eritrositlərin olmasıdır.
  • Leykospermiya – eyakulyatda leykositlərin referens göstəricilərindən çox olmasıdır.
  • Oliqoastenozoospermiya -  spermatozoidlərin ümumi miqdarı və irəli hərəkətli spermatozoidlərin faizinin referensdən az olmasıdır.
  • Oliqoastenoteratozospermiya - spermatozoidlərin ümumi miqdarı və irəli hərəkətli morfoloji normal spermatozoidlərin faizinin referensdən az olmasıdır
  • Oliqoteratozoospermiya - spermatozoidlərin ümumi miqdarı və morfoloji normal spermatozoidlərin faizinin referensdən az olmasıdır
  • Oliqozoospermiya – spermatozoidlərin ümumi miqdarının normadan az olmasıdır.
  • Teratozoospermiya – morfoloji normal spermatozoidlərin normadan az olamsıdır.

Spermoqrammada patoloji dəyişiklikləri səbəbləri

  • Genetik (anadangəlmə) xəstəlik
  • Toksik təsir
  • Qurğuşun və civə ilə zəhərlənmə
  • Cinsi orqanların  xroniki iltihabı xəstəlikləri
  • Varikosele
  • Hormonal pozğunluq
  • Toxumçıxarıcı axacaqların keçiriciliyinin pozulması