Qanda qlükozanın eyni səviyyədə saxlanılması hormonların qarşılıqlı təsirindən irəli gəlir.Qanda qlükozanın həm artması həm də azlması həyata təhlükə yarada bilən vəziyyətdir,hipo- ,və hiperqlikemik koma vəziyyəti yarana bilər.Böyrəklərdə qlükoza ilkin sidiyə qanın boyrəklərin qabıq maddəsindən(böyrək yumaqcıqlar) keçəndən sonra düşür.Böyrəklərin beyin hissəsində(kanalcıqlar) qlükozanın faktiki tam olaraq ilkin sidikdən qana keçməsi baş verir.O şərtlə,əgər qanda qlükoza konsentrasiyası müvafiq olunmuş həddən aşağıdır.Sidiyə qlükoza düşmür.
Sidikdə qlükozanın peyda olunmasının iki əsas səbəbi var:Qanda qlükoza səviyyəsinin böyrək həddindən yuxarı olmasıdır(hiperqlikemiya),və böyrəklərdə qlükozanın reabsorbsiyasının pozulması(onların zədələnməsi ilə əlaqədar).Hər iki səbəb eyni vaxtda da əmələ gələ bilər.
Böyrək xəstəlikləri zamanı nefronun zədələnməsi səbəbindən qlükozanın natamam reabsorbsiyası qeyd olunur və nəticədə o sidikdə peyda olur.Böyrək kanalcıqların(tubulopatiya) ilkin zədələnməsi(de Toni-Debre-Fankoni sindromu,ilkin qlükozuriya) və ikincili yəni ümumiyyətlə böyrək funksiyaların pozulması (qlomerulonefrit,böyrək çatışmamazlığı,zəhərlənmələr).Bəzən qlükozuriya,böyrəklərin işi ilə bağlı olan hamilə qadınlarda qeyd olunur.
Qanda qlükoza səviyyəsinin artması onun ilkin sidikdə artmasına gətirib çıxarır.Hətta sağlam böyrəklər qlükozanı onun müəyyən olunmuş həddən artıq olan qlükozanı natamam reabsorbsiya edirlər,və nəticədə qlükoza sidikdə peyda olur.Hiperqlikemiyaya və qlükozuriyaya kontrinsulyar hormonların səviyyəsinin artması gətirib çıxara bilər.Bu müvafiq preparatların uzun müddətlə istifadəsindən sonra yarana bilər(qlükokortikoidlər,qalxanabənzər vəzinin hormonları,somatotrop hormonu).Həmçinin belə vəziyyət qalxanabənzər vəzinin,böyrəküstü vəzilərin,mədəaltı vəzinin,hipofizin hormonifrazedici yenitörəmələr zamanı ola bilər.
- Biomaterial növü: Birdəfəlik sidik porsiyası
- Müayinəyə 24 saat qalmış alkoqol qəbul etmək olmaz
- Müayinəyə 48 saat qalmış sidikqovucu preparatların qəbulunu dayandırmaq(müalicə həkimin göstərişi ilə)
- Müayinəyə 30 dəqiqə qalmış fiziki və emosional gərginlik götürmək.
Diabet(şəkərli,böyrəkmənşəli,steroid, | Böyrək funksiyasının qiymətləndirilməsi | Ailədə tubulopatiya olduğu halda |
Şəkərli diabetin gedişatını qiymətləndirilməsi | Endokrin sistemin funksiyasının qiymətləndirilməsi(mədəaltı vəz, qalxanabənzər vəz,hipofiz, böyrəküstü vəzilər.Bəzi endokrin patologiyalar:İsenko-Kuşing sindromu, feoxromasitoma, akromeqaliya | Kəskin qarın |
Şəkərli diabetin müalicə taktikasını qiymətləndirilməsi | Hamilə qadının vəziyyətinin nəzarətdə saxlanması | Bəzi zəhərlənmələr |
Sidikdə qlükozanın artması səbəbləri
Şəkərli diabet | Hipertireoz |
İsenko-Kuşing xəstəliyi və sindromu | Feoxromositoma |
Akromeqaliya | İrsi tubulopatiya(Fankoni sindromu) |
Böyrək çatışmamazlığı | Hamiləlik |
Kortikosteroid və ACTH qəbulu | Bəzi dərman preparatların qəbulu(sedativ və ağrıkəsicilər) |
İri miqdarda karbohidratlarla zəngin qida qəbulu | Stress,əzələ gərginliyi(o cümlədən qıcolmalar) |
Kəskin pankreatit | Böyrək diabeti |
Steroidli diabet(diabet xəstələrdə anabolik preparatların qəbulu) | Morfin,strixnin,və fosfor ilə zəhərlənmə |
Dempinq sindrom | Miokardın infarktı |
İri travmalar,yanıqlar | Böyrəklərin tuberinterstisial zədələnməsi |