Hal-hazırki dövrdə mikoplazma şərti-patogen mikrob hesab olunur .
Mikoplazma cinsi yolla ötürülür, qonokok mənşəli olmayan uretrit və prostatitin, kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinə, hamiləlik və döl patologiyalarına, qadınlarda və kişilərdə sonsuzluğun yaranmasına səbəb ola bilir.
Bu mikroorqanizmləri 15-50% sağlam qadınlarda (rast gəlmə tezliyi hamiləlik müddətində artır) və 8-9% sağlam kişilərdə təyin olunur.
Müayinə qadınlarda ovulyasiya müddətində aparılması məqsədəuyğundur (kəskin iltihab əlamətləri olarsa, müraciət olunan gün). Müayinə ərəfəsində və günündə pasiyentə uşaqlıq yolunun dərindən yuyulması tövsiyyə olunur.
Antibiotikoterapiya və probiotik, eubiotiklərin qəbulu müddətində biomaterialın götürülməsi tövsiyyə olunmur. Əgər müayinə üçün sidikçıxarıcı kanaldan yaxma götürülərsə, sidik ifrazından 2-3 saat əvvəl və ya sonra olmalıdır. Müayinə üçün 20-30 ml miqdarında ilkin sidik steril konteynerə götürülür.
- Urogenital traktın xroniki infeksion etiologiyasının müəyyən oluması
- Sidik-cinsiyyət sisteminin iltihabı
- Hamiləlik
- Uşaqlıqdan kənar hamiləlik
- Sonsuzluq
- İmmunitetin zəifləməsi
- Antibiotikterapiyanın effektivliyinin kontrolu (antibakterial preparatları qəbul etdikdən sonra 1 ay sonra)
- Profilaktik skrininq müayinəsi
Müayinənin nəticəsi “müəyyən edildi” və ya “müəyyən edilmədi” kimi göstərilir.
“müəyyən edildi” araşdırılan bioloji materialda Mycoplasma hominis-ə spesifik DNT fraqmenti müəyyən edilir; Mycoplasma hominis infeksiyası aşkarlanır.
“müəyyən edilmədi”: araşdırılan bioloji materialda Mycoplasma hominis-ə spesifik DNT fraqmenti aşkarlanmır və ya nümunədəki törədicinin konsentrasiyasının testin həssaslıq həddindən daha aşağı olduğu aşkarlanır.