Qardnerellyoz (bakterial vaginoz) ən çox yetkinlik yaşına çatmış qadınlarda rast gəlinir. Xəstəlik uşaqlıq yolu mikroflorasının pozulması nəticəsində meydana çıxır.
Qardnerellyoz hamiləliyin ağırlaşmasına səbəb ola bilər: iltihabi xəstəliklər, uşaqlıq qanaxmaları, doğuşdansonrakı endometrit, yenidoğulmuşlarda pnevmoniya və s.
Qadınlardan yaxma analizi götürülən zaman vacib şərtlər:
- Cinsi pəhriz - 2 gün
- Son sidik ifrazından 3 saat keçdikdən sonra
- Kolposkopiya müayinəsindən 24 saat sonra
- Vaginal USM müayinəsindən əvvəl
- Vaginal şam qəbulundan 3 gün sonra
- Antibiotik tərkibli dərmanların qəbulundan 14 gün keçməlidir.
- Müayinə götürüləcəyi günü dərindən yuyunmaq olmaz. ( ilıq su ilə yuyunma mümkündür).
Kişilərdən yaxma analizi götürülən zaman vacib şərtlər:
- Müayinə götürüləcəyi gün sidiyə çıxılmamalı və ya son sidik ifrazından 3-4 saat keçməlidir
- Antibiotik tərkibli dərmanların qəbulundan 14 gün keçməlidir
- Uşaqlıq yolunun divarlarında boz-ağ rəngli kreməbənzər ifrazatın olması
- Pis qoxulu (balıq qoxulu) ifrazatın olması
- Uşaqlıq yolunun iltihabi xəstəlikləri
- Cinsi akt zamanı uşaqlıq yolunun qıcıqlanması
- Hormonal statusun dəyişilməsi
- İmmunoloji reaktivliyin azalması
- Bağırsaq mikrobiosenozunun dəyişilməsi
- Keçirilmiş antibiotikoterapiya
- Sidik-cinsiyyət siteminin keçirilmiş iltihabi xəstəlikləri
- Hormonal vasitələrin, immunodepressantların qəbul edilməsi
Müayinənin nəticəsi “müəyyən edildi” və ya “müəyyən edilmədi” kimi göstərilir.
“müəyyən edildi” araşdırılan bioloji materialda Gardnerella vaginalis-ə spesifik DNT fraqmenti müəyyən edilir; Gardnerella vaginalis infeksiyası aşkarlanır.
“müəyyən edilmədi”: araşdırılan bioloji materialda Gardnerella vaginalis-ə spesifik DNT fraqmenti aşkarlanmır və ya nümunədəki törədicinin konsentrasiyasının testin həssaslıq həddindən daha aşağı olduğu aşkarlanır.