İnsan papilloma virusu (HPV) anogenital nahiyədə kondilomaların, ziyillərin əmələ gəlməsi və uşaqlıq boynu xərçəngi ilə assosiasiya olunan virusdur. HPV-nin 100-dən çox növü vardır, bunlardan 30-dan çoxu cinsi yollarda müxtəlif patologiyalara yol aça bilir, 14 növü uşaqlıq boynu, düz bağırsağın və kişi cinsi orqanının xərçənginin inkişafı ilə əlaqələndirilir.
İnfeksiyanın əsas yoluxma yolu cinsi yolladır. Həmçinin anadan körpəyə və məişətyolu ilə də yoluxma mümkündür. İnsan orqanizminə eyni zamanda bir-neçə növ HPV daxil ola bilər.
Polimeraza zəncirvari reaksiyası (PCR) yüksək həssaslıq və spesifikliklər 90% xərçəng və 75-85% intraepitel neoplaziya hallarında virusun DNT-sini aşkarlayır.
Qadınlar üçün
- Cinsi pəhriz - 2 gün
- Kolposkopiya müayinəsindən 24 saat sonra
- Vaginal USM müayinəsindən əvvəl
- Vaginal şam qəbulundan 3 gün sonra verilməlidir.
- Müayinə götürüləcəyi günü dərindən yuyunmaq olmaz. ( ilıq su ilə yuyunma mümkündür).
Kişilər üçün
- Müayinə götürüləcəyi gün sidiyə çıxılmamalıdır
- Və ya son sidik ifrazından 3-4 saat keçməlidir
- Uşaqlıq boynu xərçənginin skrininqi zamanı Pap-smear ilə birlikdə
- Uşaqlıq boynunun patologiyaları zamanı
- Genital kondilomalar
- Müalicənin effektliyinin qiymətləndirilməsi
Nəticə “təyin edildi” və ya “təyin edilmədi” şəklində verilir.