Ağızda xoralar (stomatit) Ağız içinde yara
Ağız içinde yara stomatitlə demək olar ki, hər bir insan nə vaxtsa qarşılaşır. Xoralar ağızın yumşaq toxumalarında - dodaq, yanaq, diş əti, dil, damaqda rast gəlinə bilər. Xoraya səbəb ağızın selikli qişasının iltihabıdır. Bəzi hallarda xora hətta qida borusunda da yerləşə bilər. Əksər hallarda xoralar 1-2 həftə ərzində öz-özünə keçir və az narahatçılıq verir. Stomatitin 2 əsas növü vardır:
1. Aftoz stomatit – bu zaman qırmızı haşiyəli ağ və ya sarımtıl xoralar ilə xarakterizə olunur. Tək və ya topa halında yerləşə bilərlər. Daha çox yanağın daxili səthində və damaqda rast gəlinirlər, yoluxucu deyildirlər.
Ağız içinde yara neden olur səbəbləri:
Travma, breket zədəsi, yanağı, dili dişləmək
Xərçəng üçün kimya terapiyası
Ağız quruluğu
Siqaretçəkmə
Bakterial və ya virus infeksiyası
Immun sistemin zəifləməsi
Cinsi yolla keçən infeksiyalar
Stress
Güclü kimyəvi maddələrdən qıcıqlanma
Allergik reaksiya
Isti içki və qidanın səbəb olduğu yanıqlar
2. Herpes stomatiti - “Uçuqlama” olaraq bilinən daha çox dodaq ətrafında rast gəlinən yaralardır. İçərisi maye dolu və ağrılı olur. Xora yaranmazdan əvvəl yerində qıcıqlanma, yanma hissi və həssaslıq olur. Belə xoralar quruyur və üzəri sarı qabıq bağlayır. Herpes stomatiti olduqca yoluxucudur.
Ağızda yaranın müalicəsi
Stomatitin müalicəsi onu törədən səbəbdən asılıdır. Bu səbəbin aradan qaldırılması stomatitin təkrar yaranmasının qarşısını alır. Yerli olaraq isə ağrını azaltmaq və sağalma prosesini sürətləndirmək üçün yerli kortikosteroidlər, antibiotiklər, anestetiklər istifadə oluna biloər.
Profilaktika:
Stomatit xəstəliyi təkrar yaranmasının qarşısını almaq üçün yumşaq diş fırçası istifadə etmək, qidalanma və su balansına nəzarət etmək, xroniki ağız quruluğunu müalicə etmək, antiseptik ağız yaxalama sularından istifadə etmək tövsiyə olunur.
Ağız İçi Yaralar- Müalicə və Qorunma Yolları
Ağız içi yaralar tez-tez rast gəlinən və gündəlik həyatda narahatlıq yaradan problemlərdən biridir. Bu yaralar dil üzərində, yanaqlarda, damaqda yara şəklində və ya ağız içərisində ağ ləkələr kimi ortaya çıxa bilər. Ağız içi yaralar həm uşaqlarda, həm də böyüklərdə yaranaraq yemək yemə, danışma və hətta nəfəs almaqda narahatlıq yarada bilər. Bu yaralar müxtəlif səbəblərdən, o cümlədən qida allergiyaları, stress və ağız gigiyenasının zəif olması nəticəsində meydana gələ bilər.
Ağız yaraları üçün nə yaxşıdır? Bu sualın cavabını axtaranlar üçün təbii vasitələr çox vaxt effektiv ola bilər. Ağız yaraları üçün bitki müalicəsi, aloe vera, çobanyastığı və adaçayı kimi təbii bitkilərdən istifadə etməklə yaraların tez sağalmasına kömək edir. Bu bitkilərin tətbiqi damaqda yara və ağız içərisində ağ ləkələr kimi hallarda ağrıları yüngülləşdirə və sağalma prosesini sürətləndirə bilər. Ağız yaraları üçün nə yaxşıdır? sualına cavab olaraq, təbii bitkilərin qarışığı, duzlu su ilə qarqara etmək də effektiv bir vasitədir.
Uşaqlarda ağız yaralarının müalicəsi xüsusi diqqət tələb edir, çünki uşaqların həssas ağız içi dərisi yaraların daha ağrılı olmasına və uşaqların narahat olmasına səbəb ola bilər. Uşaqlarda ağız yaralarının müalicəsi zamanı bitki müalicəsi ilə yanaşı, onların ağız gigiyenasına da xüsusi diqqət yetirilməlidir. Ağız içi yaralar müşahidə edildikdə, həm böyüklərdə, həm də uşaqlarda mütləq bir həkimə müraciət edilməlidir.
Sağlam Ailə Sağlamlıq Mərkəzi, ağız içi yaralar və onların müalicəsi üçün müasir tibbi xidmətlər və peşəkar həkim məsləhəti təqdim edir. Burada, ağız yaraları üçün nə yaxşıdır? sualına cavab olaraq, bitki müalicəsi və digər təsirli üsullar barədə geniş məlumatlar verilir. Sağlam Ailə Sağlamlıq Mərkəzində, ağız içi yaraların müalicəsi üçün mütəxəssis həkimlər tərəfindən fərdi yanaşmalar təklif olunur. Xəstələr, mərkəzdə müayinə və müalicə üçün onlayn qeydiyyat imkanı ilə asanlıqla müraciət edə bilərlər.