Bu xəstəlik zamanı toyuqlar kimi yaxşı işıqlandırılmamış yerlərdə- alaqaranlıq otaqda, axşam vaxtı çöldə gözlər yaxşı görmür. Bu səbəbdən xəstəliyə "toyuq korluğu" deyilir.
Toyuq korluğunun səbəbləri:
- İrsi olaraq ötürülə;
- Digər xəstəliklərin simptomu kimi meydana çıxa;
- Vitamin çatışmazlığı zamanı müşahidə oluna bilər.
Anadangəlmə toyuq korluğu müalicə olunmur.
Toyuq korluğunun inkişafına səbəb olan faktorlar:
- gözlərin yorulması
- yuxusuzluq
- infeksiyalar
- sinir sistemi pozğunluğu
- spirtli içkilərin qəbulu və siqaret çəkmək
- fasiləsiz şəkildə kompüterdən istifadə