Osteoporoz zamanı sümük toxuması kütləsi itirilir və sümüklərin daxili strukturu pozulur. nəticədə sümüklər kövrəlir və sınmağa meylli olur. Sümüklər kövrəldikdə hətta kiçik travmalar nəticəsində, bəzən isə travmalar olmadan belə sümüklərdə sınıqlar baş verir.
Osteoporoz üçün xarakterik olan xüsusiyyət sınıqların əsasən fəqərələrdə, bud sümüyünün boynunda və bazuönü sümüklərində baş verməsidir.
Osteoporozun risk faktorları
- Yaş faktoru
- Qadın cinsinə mənsub olmaq
- İrsi meyllilik
- Revmatik və endokrin xəstəliklər
- Kişilərdə androgenlərin çatışmazlığı
- Siqaret və içki qəbulu