Simptomlar

Başdönməsi

Başdönməsi tez-tez təkrarlanırsa, bu bir sıra pozulma və xəstəliklərin əlaməti ola bilər. Bu halda mütləq həkimə müraciət etmək lazımdır. İlk növbədə terapevtin müayinəsindən keçin. Lazım olduqda terapevt xəstəni digər həkimlərin (LOR, nevropatoloq, nevroloq, ortoped və s.) müayinələrinə göndərə bilər.

Beləliklə, tez-tez təkrarlanan başgicəllənmə bu kimi hallarda meydana çıxa bilər:

  • vestibulyar (bədənin müvazinətini nizama salan mərkəz) sinirlərin iltihabı,
  • daxili qulağın iltihabı (eşitmə qabiliyyətinin azalması, qulaqdan hər hansı ifrazatların gəlməsi ilə müşayiət olunur),
  • baş beyini şişləri (güclü baş ağrıları, ürəkbulanması, qusma ilə müşayiət olunur),
  • miqren (baş ağrısı, ürəkbulanması, qusma, qulaqlarda küy və s. kimi simptomlarla müşayiət olunur),
  • Menyer xəstəliyi (bu xəstəlik güclü başgicəllənmələri tutmaları, bir qulaqda eşitmə qabiliyyətinin azalması, ürəkbulanması, qusma ilə müşayiət olunur),
  • baş və boyun travmaları (xüsusilə avtomobil qəzalardan sonra),
  • boyun osteoxondrozu (başgicəllənməsindən əlavə xəstə boyun nahiyyəsində ağrılar və hərəkətliliyin pozulmasını hiss edir),
  • beyin qan dövranı pozulması, insult. Bu halda başgicəllənməsi uzunsürən olur, xəstədə qollarda və ayaqlarda keyimə hissi, nitqin pozulması (xəstə hətta öz adını aydın deyə bilmir) və s. ağır simptomlar meydana çıxır. Dərhal "təcili yardım" çağırmaq və xəstəni xərəkdə xəstəxanaya çatdırmaq lazımdır.

Hamiləlik zamanı qadın orqanizmində ciddi dəyişikliklər baş verir ki, bunun nəticəsində qadında tez-tez başgicəllənmələri ola bilər. Adətən bunun səbəbi hamilə qadınların qanında qlükozanın səviyyəsinin və ya qan təzyiqinin aşağı düşməsidir.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi