Sidiyi saxlaya bilməmək qeyri-iradi sidik axması deməkdir. Qadınların 15%-i ömründə heç olmasa 1 dəfə bu halla qarşılaşır. Ən çox rast gəlinən stress əsaslı sidik qaçırmadır. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Əsasən aşağıda sadalanan hallarda müşahidə olunur:
- Öskürəndə
- İdmanla məşğul olanda
- Güləndə
- Ağır bir əşya qaldıranda
- asqıranda
- ayağa duranda
Qeyd olunan fəaliyyətlər zamanı çanaqda təzyiq yüksəldiyindən (xüsusən sidik kisəsi dolu olduqda) sidikqaçırma baş verir.
Mümkün səbəblər:
- Hamiləlik və doğuş - doğuş zamanı toxuma, əzələ və ya sinir zədələnməsi baş verə bilər ki, bu da doğuşdan sonra (həm ilkin dönəmdə, həm də illər sonra) sidikqaçırmaya səbəb ola bilər. Təbii doğuş, çoxdöllü hamiləlik, ağırçəkili döl, doğuş öncəsi sancı dövrünün uzun çəkməsi həmçinin çanaq əzələlərinin zəifliyinə gətirib çıxara bilər. Hamiləlik zamanı və doğuş sonrası çanaq əzələləri məşqlərini etmək sidikqaçırma riskini azalda bilər.
- Yaş faktoru – yaşlandıqca çanaq əzələləri və uretral sfinkter zəifləyir
- Kiçik çanaqda keçirilmiş əməliyyat – prostat xərçənginə görə əməliyyat olunan kişilərdə stress asılı sidik saxlaya bilməmək yarana bilər.
- Histeroktomiya – uşaqlığın cərrahi yolla çıxarılması
Sidiqaçırmanı daha da gücləndirə və ya başlamasına səbəb ola bilər:
- Şəkərli diabet
- Çoxlu alkoqol və ya kofein qəbulu
- Xroniki öskürəyə səbəb olan xəstəliklər
- Sidik sintezini artıran dərman maddələrinin qəbulu
- Artıq çəki
- Siqaretçəkmək
- Sidik yolu infeksiyaları
Müalicə:
İlk növbədə sidik kisəsi ilə bağlı olan problemlər təyin edilməlidir, müalicə ondan asılı olaraq aparılır. Əksərən müalicəyə ilk növbədə çanaq əzələlərinin məşqi ilə başlanılır. Əgər bu üsul kömək olmasa dərman maddələri , xüsusi tibbi cihazlar və cərrahi müdaxilədən istifadə olunur.